Azərbaycan Türkmənistandan svop qazı tədarükünü 2 dəfə artırıb
Yusif Nəzərli
13:13 13.08.2023
Aktual
339
Azərbaycan İran vasitəsilə Türkmənistan qazının svop tədarükünün günlük həcmini 4,5 - 5 milyon kubmetrdən 7,-7,5 milyon kubmetrə qədər artırıb.
“Report” xəbər verir ki, bunu İranın Türkmənistandakı səfiri Qulam Abbas Ərbab Hales “TASS”a deyib.
“Türkmənistan qazının İran ərazisindən nəqlinə gəlincə, biz müqavilələrimizə baxmalıyıq. Amma razılaşmalara görə, biz gündəlik 4,5-5 milyon kubmetr Azərbaycana svop çatdırılması həyata keçiririk.
Türkmənistanla Azərbaycan arasında mövcud olan müqavilələrə əsasən indi svop tədarükü 7-7,5 milyon kubmetrə qədər artıb. Serah xəttində svop tədarük potensialı gündəlik 20 milyon kubmetrə qədərdir”-deyə, o bildirib.
Qeyd edək ki, Azərbaycan, Türkmənistan və İran svop qaz tədarükünün həcmini iki dəfə artırmaq barədə razılığa gəliblər. Ölkələr arasında müddətsiz üçtərəfli saziş 2021-ci ilin noyabrında Aşqabadda imzalanıb
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Venesuelada birhəftəlik matəm elan edildi
23:56 01.07.2026
Dünya
Pezeşkian: İran hökuməti Müctəba Xameneiyə tabedir
23:33 01.07.2026
Region
İqbal Ağazadənin adı ilə Ələşrəfqızını aldatdılar
23:15 01.07.2026
Hadisə
"Qarabağ" Macarıstanın "Ferenstvaroş" klubuna uduzdu
22:40 01.07.2026
Futbol
BMT-nin pulu sentyabr ayında qurtara bilər
22:24 01.07.2026
Dünya
Ərəb dənizində ABŞ helikopteri qəza enişi edib, hərbçi itkin düşüb
22:08 01.07.2026
Dünya
"Reuters": Kot-d"İvuarda daşqınlar nəticəsində 59 nəfər ölüb
21:25 01.07.2026
Dünya
Samuxda yük avtomobili çaya aşdı, ölən var
21:13 01.07.2026
Dünya
İsrail ordusu HƏMAS-ın tağım komandirinin öldürüldüyünü açıqladı
21:07 01.07.2026
Dünya
Türkiyədə 5 kq partlayıcı daşıyan PUA aşkarlanıb
21:00 01.07.2026
Dünya
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə çevirir - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya