"Azərbaycan Xəzər regionunda əməkdaşlığa ciddi töhfə verir"
Yusif Nəzərli
13:52 05.07.2022
Aktual
492
"Xəzər dənizi regionu olduqca strateji əhəmiyyətə malikdir. Xəzəryanı dövlətlərin səmərəli əməkdaşlıq sisteminin mövcud olması bütün iştirakçı dövlətlərin maraqlarına cavab verir".
Bu barədə "Sherg.az" millət vəkili, STM İdarə Heyəti sədrinin müavini Elşad Mirbəşiroğlu bildirib. O qeyd edib: "Nəzərə almaq lazımdır ki, istənilən çoğrafiyada sülhün və təhlükəsizliyin davamlı olması hər şeydən öncə məhz əməkdaşlığın xarakterindən asılıdır. Bu baxımdan, Azərbaycan Respublikasının Prezidenti Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı bu məqamları ayrıca olaraq vurğuladı. Müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində xəzəryanı dövlətlərin ikitərəfli və çoxtərəfli əməkdaşlığının olduğunu vurğulayan Azərbaycan Prezidenti regionda sabitliyin və təhlükəsizliyin əsasında məhz bu amilin dayandığını qeyd etdi. Xəzərin hüquqi statusu məsələsi uzun illər mübahisə predmeti olaraq qalmaqda idi. 2018-ci ildə Aktau şəhərində Xəzərin hüquqi statusuna dair imzalanmış Konvensiya region dövlətləri arasında daha səmərəli qarşılıqlı fəaliyyətin və əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirəcək. Azərbaycan Prezidenti çıxışında xəzəryanı dövlətlər arasında əsas əməkdaşlıq istiqamətlkərini xatırladıb. Bu əməkdaşlıq istiqamətləri üzrə fəaliyyətin göstərilməsi üçün geniş normativ hüquqi sənədlər bazası mövcuddur. Konvensiyanın ratifikasiya edilməsi isə gələcəkdə imkanları daha da genişləndirəcək".
E.Mirbəşir oğlu onu da vurğulayıb ki, cənab İlham Əliyev xəzəryanı dövlətlərin əməkdaşlığının təşkili və genişləndirilməsi zamanı bərabərhüquqluluğun gözlənilməsinin prioritet olduğunu qeyd etməklə yanaşı, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, müstəqilliyinə hörmətlə yanaşılmasının vacibliyini nəzərə çatdırdı:
"Xəzərə dənizi müasir mərhələdə beynəlxalq nəqliyyat qovşağına çevrilməkdədir. Mövcud unikal nəqliyyat infrastrukturu dünya bazarlarına daha əlverişli çıxış imkanlarının məhz Xəzər dənizi vasitəsilə təmin olunması imkanları mövcuddur. Ən əsası isə, etibarlı və təhlükəsizlik investisiya mühitinin yaradılması bu istiqamətdə atılacaq vacib addımlardandır. Xəzər dənizinin beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsi prosesində Azərbaycanın mühüm rol oynadığı və Tarnsxəzər beynəlxalq nəqliyyat marşurutunun səmərəli istifadəsi üçün ölkəmizin səyləri də Prezident İlham Əliyev tərəfindən diqqətə çatdırıldı. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlzilərinin Azərbaycanın ərazisindən keçməsi ümumilikdə Xəzər regionunda nəqliyyat-logistika infrastrukturunun inkişafı istiqamətində ölkəmizin əhəmiyyətini ciddi şəkildə artırır. Aşqabadda yadda qalan mühüm məqamlardan biri də ondan ibarət oldu ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev Zəngəzur dəhlizini bir daha xatırladaraq, ölkəmizin atdığı addımların bütövlükdə beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı sahəsindəki roluna və təşəbbüslərinə bir daha diqqəti cəlb etmiş oldu. Azərbaycan Vətən müharibəsində tarixi qələbə qazanaraq, torpaqlarını işğaldan azad etdi. Hazırkı mərhələdə isə, Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası istiqamətdə geinişmiqyaslı işlər getməkdədir. Ölkə Prezidenti tərəfindən bütün bu məqamlara toxunulması həm də postmünaqişə mərhələsinin yeni reallıqlarının xatırladılması kimi qiymətləndirilməlidir. Göründüyü kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Aşqabadda keçirilmiş Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışında ölkəmizin hazırda cərəyan edən proseslərdə önəmli rolunu və bir daha dəqiqliklə əsaslandırdı".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Aleynanı əllərimlə öldürdüm!”
07:02 28.04.2026
Şou
“Beşiktaş” öz meydanında Trabzonspor” məğlub olub
06:26 28.04.2026
Futbol
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region