Azərbaycanda 12 avtoxuliqan həbs edildi
14:46 06.02.2020
Aktual
866
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) son vaxtlar yeniyetmələr və gənclər arasında avtoxuliqanlıq edənlərin sayının artması ilə əlaqədar sürücülərə, valideynlərə müraciət ünvanlayıb.
Müraciətdə son dövrdə respublika ərazisində avtoxuliqanlıq edən yeniyetmə və gənclərə tez-tez rast gəlindiyi qeyd olunub. Diqqətə çatdırılıb ki, həmin gənclər valideynlərinə məxsus və ya icarəyə götürülən avtomobillərlə yollarda ictimai asayişi pozaraq digər hərəkət iştirakçılarına təhlükə yaradır, qanunazidd hərəkətlərini videoya çəkib sosial şəbəkələrdə yayırlar.
Yol polisi həmin gənclərin və yeniyetmələrin valideynlərini övladlarına qarşı diqqətli olmağa, onların sosial şəbəkə hesablarını mümkün qədər nəzarətdə saxlamağa çağırır.
Bundan əlavə, DYP bildirib ki, valideynlər şəxsi avtomobillərini sürücülük hüququ olmayan övladlarına etibar etməklə təkcə yol hərəkəti qaydalarını pozmur, övladları ilə yanaşı, digər şəxslərin də həyatı üçün real təhlükə yaradırlar.
“Son günlər yeniyetmələrin törətdikləri qəzalarla bağlı televiziya ekranlarında yayımlanan görüntüləri yəqin ki hamı izləyib. Gənclərimiz və onların valideynləri də bilməlidirlər ki, yol polisi nəinki yollara, eləcə də sosial şəbəkələrə nəzarət edir. Sosial şəbəkələrdə aşkar olunan bu cür faktlar dərhal DİN rəhbərliyi tərəfindən nəzarətə götürülür və avtoxuliqanlıq hərəkətlərinə yol verən sürücülərin şəxsiyyəti müəyyənləşdirilərək qanunvericilik çərçivəsində barələrində müvafiq tədbirlər görülür. Son iki həftədə respublika üzrə 12 avtoxuliqan məhkəmə qərarı ilə inzibatı həbs cəzasına məhkum olunub. Onların arasında sürücülük hüququ olmayan yeniyetmələr də var. Həmin şəxslərin valideynlərinə xəbərdarlıq olunub.
Yol polisi digər valideynlərə də bu məsələdə diqqətli olmağı tövsiyə edir. Bu cür hərəkətlər cəmiyyətdə xoş qarşılanmır, ətrafdakıların həyatı təhlükəyə məruz qalır və yol-nəqliyyat hadisələri nəticəsində övladlarınız ağır xəsarət ala və ya dünyasını dəyişə bilər. Ona görə valideynlər ağır fəsadlar baş vermədən vaxtında övladlarının bu cür hərəkətlərinin qarşısını almalıdırlar. Əks halda yol polisi onlara qarşı daha ciddi tədbirlər görəcək”, - deyə müraciətdə xəbərdarlıq edilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat