Azərbaycanda daha bir neçə icra başçısı həbs oluna bilər
08:45 20.12.2019
Aktual
446
Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyev, müavinləri Ramiz Tatarov və Lalə Eyyubovanın, həmçinin, Yevlaxın keçmiş icra başçısı Qoca Səmədovun həbsi son deyil.
Yenisabah.az-a daxil olan məlumata görə, hazırda bir neçə rayonun icra hakimiyyətlərində yoxlamalar aparılır və güman ki, yoxlamalar həbslərlə nəticələnəcək.
İcra hakimiyyətləri ən çox şikayət olunan və korrupsiyaya bulaşan qurumlar kimi tanınır. Təsadüfi deyil ki, illərdir mətbuatda icra başçıları “kiçik padşahlar” kimi təqdim edilir.
Azərbaycanda ilk dəfə olaraq icra başçısı iş başında həbs edilib. Əməliyyatın görüntüləri ictimailəşdirilib. Olay ölkədə rezonansa səbəb olub.
Ölkə başçısı İlham Əliyevin başlatdığı islahatlar dalğasının yalnız nəzəri xarakter daşımadığına inam daha da artıb. Bu arada yada salmaq yerinə düşər ki, Prezident son bir ayda həyata keçirdiyi icra hakimiyyəti təyinatlarında rüşvət və korrupsiya, özfəaliyyət faktlarına toxunub və bu cür qanunsuz əməllərlə məşğul olan məmurların sərt şəkildə cəzalandırılacağını bildirmişdi.
Məsələn, o, Yevlaxın və Xaçmazın icra başçıları Anar Tağıyevlə Elnur Rzayevi bu vəzifəyə təyin edərkən onları qəbul edərək demişdi:
“Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər”.
Məlumatlarda qeyd edilir ki, əslində, prosesi islahatların yeni dalğası hesab etmək olar. Bu dalğada, əsasən, rüşvət və korrupsiyaya bulaşmış məmurlar qərq olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya