Azərbaycanın bu şəhəri 1990-cı illərdə qalıb - VİDEO

Oğuz şəhərinin Mirzə Fətəli Axundov küçəsində illərdir işıqlandırma sisteminin işləməməsi sakinlərin narazılığına səbəb olub. Oxşar problemlə Mikayıl Müşfiq, Rasim Ocaqov, Dədə Qorqud və digər küçələrin sakinləri də qarşılaşırlar.

Axar.az xəbər verir ki, vətəndaşlar məsələ ilə bağlı narazılıqlarını Baku TV ilə bölüşüblər.

“1990-cı ildən burada yaşayırıq, o vaxtdan bu küçədə işığın yandığını görməmişik. Küçəmiz çayın və dağın kənarında yerləşir. Burada müxtəlif yırtıcı və vəhşi heyvanlar olur. Uşaqlar çölə çıxa bilmirlər”, – onlardan biri söyləyib.

Digər bir sakin isə qeyd edib:

“Ərazidə heç bir işıqlandırma sistemi yoxdur. Bu da təbii ki, gecə vaxtı piyadalar və sürücülər üçün təhlükə yaradır. Problemlə bağlı aidiyyəti qurumlara müraciət edilsə də, hələlik heç bir tədbir görülməyib”.