Azərbaycanla Gürcüstan arasında əməkdaşlıq müzakirə edilib
18:26 23.12.2019
Aktual
429
Tbilisidə Azərbaycan, Türkiyə və Gürcüstan Xarici İşlər Nazirliklərinin rəhbərlərinin səkkizinci üçtərəfli görüşü çərçivəsində nazir Elmar Məmmədyarov Gürcüstanın Baş naziri Giorgi Qaxaria ilə görüşüb.
Xarici İşlər Nazirliyindən verilən məlumata görə, görüşdə tərəflər arasında ikitərəfli əməkdaşlıq məsələləri və perspektivləri barədə fikir mübadiləsi aparılıb.
E.Məmmədyarovu səmimiyyətlə salamlayan Giorgi Qaxaria dövlətimizin başçısı Prezident İlham Əliyevi 2020-ci ildə ölkəsinə dəvət edib.
Müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının perspektivlərindən danışan baş nazir Gürcüstanın ərazi bütövlüyünü dəstəklədiyi üçün Azərbaycan Respublikasına təşəkkürünü ifadə edib.
Öz növbəsində, nazir E.Məmmədyarov iki ölkə arasında strateji münasibətlərə toxunaraq bu münasibətlərin daha da inkişaf etdirilməsinin əhəmiyyətini qeyd etdi. Nazir, eyni zamanda Gürcüstanın Azərbaycan Dövlət Neft Şirkətinə (ARDNŞ) göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.
Tərəflər enerji sahəsində qlobal əhəmiyyət daşıyan Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu xətti, Bakı-Tibilisi-Ərzurum qaz boru kəməri, habelə iki ölkənin iştirak etdiyi digər regional əməkdaşlıq layihələrinin ikitərəfli münasibətlərin inkişafının əsaslarını təmin etməklə yanaşı, ümumən regionda sabitlik və təhlükəsizliyin bərqərar olunmasına da xidmət etdiyini vurğulayıblar.
Aparılan fikir mübadiləsi zamanı iki ölkə arasında energetika sahəsində layihələrin həyata keçirilməsi və bərpaolunan enerji sahəsində hər iki ölkənin potensialının olduğu diqqətə çatdırılıb.
Nazirlər Azərbaycan və Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə müvafiq Dövlət Komissiyalarının fəaliyyəti barədə fikir mübadiləsi apardılar və dövlət sərhədinin delimitasiyası ilə bağlı Komissiyanın növbəti iclasının yaxın zamanda keçiriləcəyini qeyd ediblər.
Görüş əsnasında, həmçinin qlobal təhlükəsizlik gündəliyindəki bir sıra məsələlər üzrə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya