Azərbaycanla Rusiya arasında protokol imzalandı
18:48 09.12.2019
Aktual
444
İqtisadiyyat naziri Mikayıl Cabbarov Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkinlə görüşüb. Axar.az xəbər verir ki, ölkə arasında qarşılıqlı iqtisadi əlaqələr və əməkdaşlığın genişləndirilməsi istiqamətləri müzakirə olunub. Həmin gün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Rusiya Federasiyasının İqtisadi İnkişaf Nazirliyi arasında Niyyət Protokolu imzalanıb. Sənədi Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov və Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin imzalayıblar.
Niyyət Protokolu 20-25 noyabr 2019-cu il tarixlərində Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında innovasiyalar və insan kapitalının inkişafı sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə əldə olunmuş razılaşmaların həyata keçirilməsini ehtiva edir.
Sənədə əsasən, tərəflər Protokolun imzalandığı tarixdən üç ay müddətində “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə 2024-cü ilədək Fəaliyyət Planı"na daxil ediləcək innovativ inkişaf və rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın inkişafına dair Tədbirlər Planı (“Yol Xəritəsi”) hazırlayacaq.
Tədbirlər Planı innovasiyalar və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlıq istiqamətində birgə layihələr və tədbirlərin müzakirəsi üçün müvafiq Ekspert İşçi Qrupunun yaradılması, Rusiya Federasiyasının aparıcı ali təhsil müəssisələri ilə əməkdaşlıq etməklə Azərbaycan Respublikasında İnnovasiya, Elm və Texnologiya Mərkəzinin yaradılması və birgə idarə olunması, həmçinin Müştərək Vençur Fondunun təşkili imkanlarına baxılması və digər məsələləri əhatə edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya