
Bağçalar “təmizlənir”! – “Bura gəlir və qazanc mənbəyi deyil"
Yusif Nəzərli
14:54 08.07.2022
Aktual
612
Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrində monitorinqləri davam etdirir. Nazirlikdən verilən məlumata görə, aparılmış monitorinqlər nəticəsində çalışmanın yaş həddinə çatmış 30 müəssisə rəhbəri tutduğu vəzifədən azad edilib. Həmin müəssisələrdə ərzaq təminatı, ərzaq və mətbəxin saxlanılma vəziyyəti, tədris vəsaitlərinin təminatı, uşaqların davamiyyətinin təşkili və digər sahələrdə ciddi nöqsanlar aşkar olunub.

QHT nümayəndəsi, Qadın və Uşaqların Təhsilinə Dəstək İctimai Birliyinin rəhbəri Sevinc Fədai “Sherg.az”a bildirib ki, problemin həlli yolu təhsildə korrupsiya və rüşvətxorluq kimi neqativ amillərin aradan qaldırılması və kadr siyasətinin düzgün aparılması ola bilər:
"Bu mənada yoxlama prosesinə hər hansı müdaxilə olmazsa, monitorinqlər əlbəttə ki, fayda verər. Monitorinq tanışlıq, qohumluqla deyil, ədalət və şəffaflıq prinsipinə söykənərək, aparılmalı və nəticələrinə uyğun real addımlar atılmalıdır. Əgər sözügedən gedişat sadəcə görüntü xarakteri daşısa və kimlərisə planlı şəkildə işindən azad etməyə köklənsə, vəziyyət yenə olduğu kimi qalacaq.
Təklif edərdim ki, monitorinq proseslərinə müvafiq QHT nümayəndələri və media mənsubları cəlb edilsin. Aşkarlanan nöqsanlar cəmiyyətə təqdim olunsun. Bu, prosesin şəffaflığını təmin etməklə yanaşı, bağça rəhbərliyinin qarşısına da böyük məsuliyyət qoyacaq. Biz konkret olaraq, hansı nöqsanlarla mübarizə aparmalı olduğumuzu bilməli və həlli yollarını dəqiq düşünməliyik.
Söyləmək nə qədər acınacaqlı olsa da, bağçalar məmurların qohum-əqrəbalarının yeyinti yeri olmaqdan çıxmalıdır. Körpələrin yetişməsində böyük rol oynayan müəssisəyə belə yanaşma bütün təməl dəyər və prinsiplərə ziddir.
Ona görə də məktəbəqədər təhsil müəssisələrinə rəhbərlərin seçilməsinə daha ciddi yanaşılmalı və fəaliyyəti daim nəzarətdə olmalıdır. Bu problem hər birimizi düşündürməli və narahat etməlidir.
Çünki uşaqlarımızın şəxsiyyət və vətəndaş kimi formalaşması ailə ilə yanaşı, məhz bağçadan başlayır. Ona görə də uşaqlara və onlarla bağlı işə sağlam və həssas yanaşma önəmlidir. Birmənalı olaraq qəbul edilməlidir ki, bağça onun rəhbərliyi üçün əlavə gəlir və qazanc mənbəyi deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi