
Bakı ilə Ankaranın qətiyyəti! – “Ermənistan praqmatik mövqe sərgiləməsinə...”
Yusif Nəzərli
11:37 06.04.2022
Aktual
672
5 aprel 2022-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı baş tutub. Bu barədə Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Bildirilib ki, tərəflər bölgədə mövcud olan cari vəziyyət, o cümlədən üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, eləcə də Ukraynadakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Nazirlər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.

Nazirlər arasında baş tutan telefon danışığını “Sherg.az” şərh edən politoloq Məhəmməd Əsədullazadə bildirib ki, Türkiyə ilə Azərbaycan xarici siyasət məsələlərində koordinasiyalı fəaliyyət göstərirlər:
“Təbii ki, Ermənistanla Azərbaycan münasibətləri normallaşdırılması istiqamətində hər iki ölkə məsləhətləşmələr həyata keçirir. Ermənistan -Türkiyə münasibətlərinin normallaşması haqqında da tərəflər fikir mübadiləsi aparır.
Məhz, Brüssel görüşü ərəfəsidə də bu kimi danışıqların baş tutması əsasən Brüssel görüşünə həsr olunub. Təbii ki, burada Ukrayna məsələsi də müzakirə predmeti olur.
Çünki Rusiya – Türkiyə münasibətləri də bu məsələdə müəyyən dərəcədə Azərbaycan – Rusiya əlaqələrinə təsir göstərir. Buna baxmayaraq, əsas müzakirə mövzusu Brüssel görüşü və Ermənistanın görüşdən sonra hansı mövqe sərgiləyəcəyi ətrafındadır”.
Politoloq hesab edir ki, Bakı ilə Ankaranın qətiyyətli mövqeyi axır ki, Ermənistanın daha da praqmatik mövqe sərgiləməsinə gətirib çıxaracaq:
“Geosiyasi proseslər, hərbi-siyasi qarşıdurmalar deməyə əsas verir ki, Ankara ilə Bakı ikitərəfli əlaqələri daha da möhkəmləndirəcək. Birgə danışıqlar müsbət əhəmiyyət kəsb edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Payız fəsli Azərbaycana sentyabrın 23-ü daxil olacaq
12:56 04.09.2026
Ekologiya
ADY 8 ayda yeddi milyondan çox sərnişin daşıyıb
12:55 04.09.2026
İnfrastruktur
ABŞ hərbçiləri İran sərhədinə gəlir? - Rusiyadan XƏBƏRDARLIQ!
12:52 04.09.2026
Gündəm
Sabah 35 dərəcə isti olacaq
12:50 04.09.2026
Ekologiya
Türkmənistan Prezidenti Ermənistana səfər edəcək
12:28 04.09.2026
Gündəm
Bakıda arvadını ölümlə hədələyən kişi həbs edildi – TƏFƏRRÜAT
11:42 04.09.2026
Hadisə
Tramp Azərbaycanla bağlı paylaşım etdi
11:40 04.09.2026
Gündəm
Rusiya HHM qüvvələri gecə ərzində 490 Ukrayna PUA-sını vurub
11:33 04.09.2026
Dünya
G20-də Çin-ABŞ qarşıdurması kəskinləşib
11:07 04.09.2026
Dünya
ABŞ İranda toy mərasiminə endirilən zərbəni araşdırır
10:39 04.09.2026
Dünya
Xırdalanda restoranda baş verən yanğın söndürülüb - YENİLƏNİB
09:52 04.09.2026
Hadisə
Putinin müşaviri: Ukrayna məhv olmaq təhlükəsi ilə üz-üzədir
09:45 04.09.2026
Siyasət
Qızıl və gümüş ucuzlaşıb
09:35 04.09.2026
İqtisadiyyat
Avropa İttifaqı Ermənistana Rusiya ilə bağlı iki tələb irəli sürdü
09:27 04.09.2026
Gündəm