
Bakı Xankəndiyə çörək göndərdi
Yusif Nəzərli
14:50 30.08.2023
Aktual
511
Əgər humanitar yardıma terrorçular maneə olarsa, Azərbaycan Silahlı Qüvvələri sözünü deməlidir
Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslər üçün aparılan humanitar yardım yoldadır. Humanitar yardımı aparan karvan artıq erməni işğalından azad olunmuş ərazilərə, Ağdama çatıb.
Qarabağdakı erməni separatçılar isə sakinləri Azərbaycanın humanitar yardımından imtina etməyə çağırır.
"Trend" xəbər verir ki, sosial şəbəkələrdə yayılmış kadrlarda Xankəndi sakini bir qadın dünən "türkün verdiyi unu yeməkdənsə, aclıqdan ölərəm" sözləri ilə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin göndərdiyi 40 ton un məmulatlarıının olduğu humanitar yardım maşınlarının keçidi üçün yolu bağlamağa çağırıb.
Azərbaycan Xalq Partiyasının sədri, sabiq baş nazir Pənah Hüseyn “Sherg.az”a bildirib ki, Azərbaycanda fəaliyyət göstərən siyasətçilər belə bir addımın atılması ilə bağlı öncədən təkliflər verib:

"Hesab edirəm ki, separatçı rejimin hansı reaksiya verməsindən asılı olmayaraq bu addım atılmalıydı. Çünki bu, orada həqiqətən çətinlik çəkən vətəndaşlarına qarşı Azərbaycan dövlətinin yardımıdır. Əgər yardıma terrorçular tərəfindən müdaxilə olarsa, hesab edirəm ki, orada bizim tərəfdən də humanitar məqsədli əməliyyata ehtiyac olur. O baxımdan mən tərəfdarıyam ki, Ağdam-Xankəndi yolu qarşısında terrorçular tərəfindən təşkil olunmuş blokada lazım gələrsə, Azərbaycan Silahlı Qüvvələri tərəfindən açılmalıdır".
Qeyd edək ki, humanitar yardım dünən səhər saatlarından Bakıdan Xankəndiyə doğru yola düşüb. Humanitar yardıma ilkin mərhələ üçün 40 ton un məmulatları daxildir.
Xatırladaq ki, Qarabağda separatçı rejimin qalıqları artıq çoxdandır müxtəlif üsullarla dünya ictimaiyyətini və beynəlxalq təşkilatları inandırmağa çalışırlar ki, Azərbaycan Laçın yolunda sərhəd-buraxılış məntəqəsi qurmaqla, guya, Qarabağın erməni sakinlərini "blokadada saxlayır" və onlar üçün "humanitar böhran şəraiti" yaradıb və guya ermənilər "ərzaq çatışmazlığı ilə üzləşirlər".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Karapetyan müxalifəti xilas etmir, əksinə hədəfə aparır - TƏHLİL
20:02 01.07.2026
Gündəm
Suriyanın ilk keçid parlamenti formalaşdırıldı
19:25 01.07.2026
Dünya
İlham Əliyevin Ursula fon der Lyayenlə geniş tərkibdə görüşü olub
19:19 01.07.2026
Rəsmi
Putinin hakimiyyətdən getməsinə 370 min dollar qoyuldu
19:12 01.07.2026
Dünya
Mirziyayev Gürcüstana gedir
18:50 01.07.2026
Region
Bolqarıstan nümayəndə heyəti ölkəmizdə səfərdədir
18:43 01.07.2026
Gündəm
Zülqədr: Xameneinin ölümündə günahkar olanlar cəzalandırılacaq
18:15 01.07.2026
Dünya
ABŞ BMT-yə terrorizmlə mübarizə üzrə yeni strategiya təqdim edəcək
18:07 01.07.2026
Dünya
Kərim Vəliyev türkiyəli generalın rəhbərlik etdiyi heyətlə görüşüb
17:50 01.07.2026
Gündəm
İyunda dövlət sərhədini pоzduqlarına görə 21 nəfər saxlanılıb
17:17 01.07.2026
Hadisə