Putin: Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyul

Rusiyanı döyüş meydanında məğlub etmək mümkün deyil və ona strateji məğlubiyyət vermək qeyri-realdır.

Teleqraf xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin bildirib.

"Rusiyanı döyüş meydanında məğlub etməyin mümkün olmadığı və ona strateji məğlubiyyətin verilməsinin qeyri-real olduğu hər kəsə aydın oldu. Və düşünürəm ki, tarix boyu Rusiyanın strateji məğlubiyyətinə çalışanlar və təəssüf ki, bu cür insanlar bu gün də mövcuddurlar. Həyatın reallıqlarını başa düşürlər və Rusiya ilə harmoniyada yaşamağın daha yaxşı olduğunu anlayacaqlar. Bu, onların xalqının maraqlarına uyğundur", - deyə Putin "Vesti"ninjurnalisti Pavel Zarubinlə müsahibəsində bildirib.