Bakıda 50 yaşlı kişini döyüb xəstəxanalıq etdilər

Paytaxtın Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.  

Oxu.Az xəbər verir ki, hadisə Pirşağı qəsəbəsi, “Lager” düşərgəsində qeydə alınıb.  

1970-ci il təvəllüdlü İsmayılov Elçin Şirindil oğlu yaşadığı binanın yaxınlığında tanımadığı şəxslərlə mübahisə zəminində döyülüb.  

Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.  

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.