Bakıda 67 yaşlı kişi boğazından bıçaqlanıb

Bakıda bıçaqlanma olub.

APA-nın məlumatına görə, hadisə paytaxtın Xəzər rayonu, Mərdəkan qəsəbəsində qeydə alınıb. 1953-cü il təvəllüdlü Babayev Hikmət Bəhlul oğlu naməlum şəxs tərəfindən boğazından bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.