Bakıda avtomobilin vurduğu piyada xəstəxanada keçindi

Bakıda avtoqəzada yaralanan şəxs xəstəxanada ölüb.

APA-nın məlumatına görə, dünən gecə saatlarında Bakıxanov qəsəbəsində qeydə alınan yol nəqliyyat hadisəsi zamanı yaralanan 1967-ci il təvəllüdlü Mövsümov İlqar Paşa oğlu 3 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib.