Bakıda bu vaqonların ilk planlı təmiri aparılır
17:53 07.02.2020
Aktual
481
“Bakı Metropoliteni” QSC-də 5 ilə yaxındır istismarda olan yeni nəsil qatarlarında planlı qaldırma təmirinə başlanılıb. QSC-dən bildirilib ki, 2019-cu ildə imzalanmış müqaviləyə əsasən, vaqonların istehsalçısı olan Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsinin nəzdində fəaliyyət göstərən “Metrovaqonmaş-Servis” Birliyi bu təmir işlərini yerinə yetirir. Hazırda şirkətin 17 nəfərdən ibarət mütəxəssis qrupu “Nərimanov” elektrik deposunda təmir işlərini aparır.
Qrupa ümumi işlərə rəhbərlik edən böyük usta, mühəndislər, ustalar, həmçinin elektrik, mexaniki və pnevmatika avadanlıqları üzrə digər mütəxəssislər cəlb olunub. Təmirin bu növündə vaqonların dartı mühərrikləri, güc inventorları, elektrik və elektron avadanlıqları, işıqlandırma, videomüşahidə, iqlim-nəzarət sistemləri və digər elementlərinin təmiri, eləcə də bu işlərin yekununda sınaqları daxildir.
Bağlanılmış müqaviləyə uyğun olaraq, “Metrovaqonmaş-Servis” təmir üçün lazım olan bütün avadanlıqları əldə edərək, texnoloji prosesləri ilə yanaşı sazlama işlərinin yerinə yetirilməsini təmin etməlidir. Qaldırma təmiri ilə əlaqədar istehsalçı şirkətlə bağlanmış müqavilənin ən mühüm cəhəti yerli təmirçi kadrların hazırlanmasını nəzərdə tutmasıdır. Tədris prosesinə vaqonlara keyfiyyətli xidmətin göstərilməsi, müntəzəm təmirin aparılması və digər yoxlama-sınaq işlərinin öyrədilməsi daxildir. Bununla əlaqədar ilkin hazırlıq tədbirləri əvvəlcədən görülüb. Qaldırma təmiri ilə əlaqədar istehsalçı müəssisənin aparıcı mütəxəssisi Bakı Metropoliteninə ezam olunaraq, tədris prosesinə cəlb edilib. 35 nəfərdən ibarət işçi qrupunun nəzəri bilikləri mənimsəməsi təmin olunub. Məhz bu kadrlar hazırkı təmir prosesi zamanı əyani praktiki biliklərə də yiyələnərək, rusiyalı mütəxəssislərlə təcrübə mübadiləsi aparır və gələcəkdə yeni mütəxəssislərin yetişdirilməsində də fəal iştirak edəcəklər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat