Bakıda şirniyyat sexinin fəaliyyəti dayandırıldı
17:54 26.11.2019
Aktual
624
“Balu” şirniyyat sexinin fəaliyyəti dayandırılıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib.
Bildirilib ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şəfəq küçəsi 8 ünvanında fəaliyyət göstərən fiziki şəxs Nağıyev Semur Həsən oğluna məxsus “Balu” şirniyyat sexində noyabrın 21-də aparılmış yoxlama zamanı qida məhsullarının istehsal, daşınma, saxlanma, qablaşdırma, etiketləşdirmə və satış şərtlərini müəyyən edən norma, qayda və tələblərə əməl olunmadan şirniyyat məmulatları istehsal edildiyi üçün istehsalın dayandırılması ilə bağlı qərar qəbul edilib. Eyni zamanda istehsal olunan məhsulların satışının qadağan olunması və satılan məhsulların ticarət şəbəkəsindən geri çağrılması ilə əlaqədar “Məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə” qərar qəbul olunub.
AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi istiqamətində ardıcıl tədbirlərini bundan sonra da davam etdirəcək və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində daim ən sərt tədbirlər həyata keçirəcəkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol