Bakıda yaşayış evindəki yanğın söndürüldü

Bakıda yaşayış evində baş verən yanğın söndürülüb. 

FHN-dən verilən məlumata görə, Yasamal rayonunda ümumi sahəsi 55 m² olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və içərisindəki ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.