Baş nazir onların məzuniyyətinin hesablanma qaydasını təsdiqlədi
17:41 07.12.2019
Aktual
698
Nazirlər Kabineti “Hakimlərə məzuniyyət haqqının hesablanması Qaydası”nı təsdiqləyib.
Bununla bağlı qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Yeni qaydalar “Məhkəmələr və hakimlər haqqında” qanunun 107-ci maddəsinin birinci hissəsinin ikinci cümləsinə uyğun olaraq hazırlanıb və hakimlərə məzuniyyət haqqının hesablanması qaydasını müəyyən edir və məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası hakimə istifadə edilməyən məzuniyyətə görə kompensasiya ödənilərkən də tətbiq edilir.
Qərarda qeyd olunub ki, məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq, məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan hakimin orta aylıq əmək haqqı onun faktiki işlədiyi tam təqvim aylarına əsasən hesablanır.
Məzuniyyət günlərinin əmək haqqının müəyyən edilməsi üçün məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləği 12-yə bölünməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləğ ayın təqvim günlərinin orta illik miqdarına - 30,4-ə bölünməsi yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.
Hakimə məzuniyyət vaxtı üçün orta əmək haqqı məzuniyyətin başlanmasına ən geci 3 (üç) gün qalmış ödənilir.
Qərara əsaəsn, məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı aşağıdakı ödənişlər nəzərə alınır:
- faktiki işlənmiş vaxt üzrə vəzifə maaşı;
- vəzifə maaşına ödənilən bir aylıq vəzifə maaşı həcmində əlavə;
- hakimlik stajına və prokurorluq orqanlarındakı xidmət illərinə görə əlavə;
- Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə ödənilən yüksək hüquqi ixtisasa görə vəzifə maaşına əlavə;
- elmi dərəcəyə görə vəzifə maaşına əlavə;
- fəxri ada görə aylıq təqaüd;
- səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə ödənilən aylıq pul təminatı;
- müvəqqəti əvəzetməyə görə ödəmə;
- nqanunvericilikdə hakimlərin iş yerlərinin və əmək haqqının saxlanıldığı hallarda ödəmələr;
- məcburi işburaxma dövrünün ödənilməsi;
- əmək qabiliyyətini müvəqqəti itirməyə, hamiləliyə və doğuma görə müavinətlər;
- dəniz səviyyəsindən 1200 metrdən yüksəklik yerlərdə əmsallar üzrə əlavə ödənişlər.
- Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı aşağıdakı ödənişlər nəzərə alınmır:
- birdəfəlik xarakter daşıyan mükafatların bütün növləri, yubiley və bayram günləri, anadan olan günlərlə bağlı və digər analoji hallarda verilən həvəsləndirici ödənişlər;
- ilk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində və sonrakı 4 (dörd) il ərzində ildə bir dəfə ödənilən birdəfəlik yardım;
- müalicə olunması üçün verilən iki aylıq əmək haqqı məbləğində pul təminatı;
- məzuniyyətə çıxdıqda verilən iki aylıq əmək haqqı məbləğində müavinət;
- zamiyyə xərcləri;
- birinci instansiya məhkəmələrinin hakimlərinə verilən dəftərxana ləvazimatlarının dəyəri;
- sanatoriya-kurort müalicəsinə və istirahət evlərinə yollayışların dəyəri;
- istifadə edilməmiş əmək məzuniyyətlərinə görə ödənilən kompensasiya.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya