Baş nazir valideyn himayəsindən məhrum uşaqlarla bağlı qərar verdi
05:58 06.12.2019
Aktual
447
Nazirlər Kabineti “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”nda dəyişiklik edib. Oxu.Az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Nazirlər Kabineti qərara alıb ki, “Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na əlavə olunsun.
Belə ki, “Elektron anketin forması”nın 18-ci hissəsində “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi” sözləri “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” sözləri ilə əvəz edilib.
Qeyd edək ki, 18-ci hissə uşağın himayədə və ya qəyyumluqda olması ilə bağlıdır.
Bildirilir ki, uşaq valideynlərini itirmiş və yaxud valideyn himayəsindən məhrum olubsa, valideynlərini itirdiyi və yaxud valideyn himayəsindən məhrum olduğu tarix, övladlığa götürülməyə növbədədirsə, bu barədə məlumatlar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə yerli icra hakimiyyəti orqanında olur.
Baş nazirin qərarına görə, bu səlahiyyət Komitədən alınıb Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya