Baş redaktorun deputatlığa namizədliyi qeydə alındı

Dia.az saytının baş redaktoru Məhəmməd Ərsoyun (Zamanov) deputatlığa namizədliyi qeydə alınıb. Bununla bağlı Sherg.az-a Məhəmməd Ərsoyun özü məlumat verib.

O, 47 saylı Mingəçevir Seçki Dairəsindən namizədliyini irəli sürüb. 

Xatırladaq ki, M.Ərsoy 2005-ci ildə də həmin dairədən namizəd olub. 

Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-da keçiriləcək.