
Beynəlxalq hüquq Azərbaycanın yanındadır
Yusif Nəzərli
15:52 08.12.2021
Aktual
629
Beynəlxalq Ədalət Məhkəməsi ermənilərin qondarma tələblərini rədd edib
Məlum olduğu kimi, bu ilin oktyabr ayında Azərbaycan və Ermənistan irqi zəmində qarşı tərəfi nifrət yaymaqda,etnik təmizləmə siyasətini həyata keçirməkdə qarşılıqlı sürətdə ittaham edən iddialarla BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinə müraciət edib.
Ermənistanın iddiası ilə bağlı dinləmələr BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində oktyabrın 14-15-də, Azərbaycanın iddiası ilə bağlı dinləmələr isə bir həftə sonra, oktyabrın 18-19 keçirilib. Müraciətlərə baxılıb və BMT-nin ali ədliyyyə orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi (İCJ) Azərbaycan və Ermənistandan irqi zəmində nifrətin qızışdırılmasına son qoymağı tələb edib.Məhkəmənin sədri Joan E. Donoghue hər iki tərəfi mübahisənin həllini çətinləşdirə biləcək hərəkətlərdən çəkinməyə çağırıb.İCJ Ermənistanın Azərbaycanda saxlanılan və rəsmi İrəvanın məhkəməyə şikayətində hərbi əsirlər kimi təsvir olunan şəxslərin azadlığa buraxılması barədə tələbini rədd edib və Azərbaycanın qarşısına bu şəxslərlə "insani davranış" tələbini qoyub. Həmçinin məhkəmənin qəbul etdiyi qərarda 2020-ci il münaqişəsi zamanı əsir götürülən və həbsdə qalan bütün şəxslərin zorakılıqdan müdafiəsi,onların təhlükəsizliyi və qanun qarşısında bərabərliyinin təmin edilməli olduğu öz əksini tapıb .
Bundan başqa,İCJ Ermənistanın erməni mədəni irsinin Azərbaycan tərəfindən dağıdılmasına dair şikayətini təmin edib,hər iki tərəfdən irqi ayrı-seçkiliyin qarşısını almağı tələb edib.Azərbaycan hökuməti məhkəmənin qərarına dərhal reaksiya verərək bildirib ki, o irqi ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı qeyd edilən tədbirlərə əməl edir və Azərbaycan Beynəlxalq Konvensiyalarla üzərinə götürdüyü öhdəliklərə sadiqdir. Eyni zamanda rəsmi Bakı beynəlxalq hüquq çərçivəsində bütün vətəndaşlarının hüquqlarını qorumağa və Ermənistanın beynəlxalq hüquq pozuntularına görə cavabdehlik daşımasını tələb etməyə davam edəcək.

Qərarı dəyərləndirən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, Vəkillər Kollegiyasının üzvü Sahib Məmmədov "Sherg.az"a bildirib ki, Beynəlxalq Ədalət Məhkəməsinə Ermənistan əvvəlcə irqi ayrı-seçkiliyin bütün formalarının ləğvi üzrə BMT Konvensiyasının iki, üç, dörd,beş,altı və yeddinci maddələrinin pozulması ilə bağlı müraciət edib:
“Sonra qarşılıqlı olaraq Azərbaycan da həmin Konvensiyanın maddələrinə uyğun olaraq rəsmi İrəvana qarşı şikayət irəli sürüb. İCJ yalnız dövlətlər arası şikayətlərə bir də beynəlxalq təşkilatların sorğularına baxır. Ermənistan eləcə də Azərbaycan Ədalət Məhkəməsinin statusuna qoşulsalar da, onun yurisdiksiyanı heç biri qəbul etməyib. Dünyada 74 belə ölkə var”.
S.Məmmədov hələki tərəflərin İCJ-yə etdiyi müraciətlərə mahiyyəti üzrə baxılması prosesinin başlamadığını vurğulayıb və rəsmi İrəvanın məhkəməyə müraciətində iddia etdiyi məsələlərə toxunub:
“Ermənistan müraciət edən zaman müvəqqəti və təxirəsalınmaz tədbirlərin görülməsini xahiş edib.
Əvvəla iddia edib ki, Azərbaycan erməni xalqına münasibətdə irqi-ayrı seçkilik siyasəti yürüdür,ona qarşı nifrət aşılayır.
Bununla bağlı kütləvi informasiya vasitələrində məlumatlar verir və eyni zamanda hərbi qənimətlər parkı yaradıb. Əsirlərə münasibətdə güya işgəncə tətbiq edir. Onları geri qaytarmır.
Eləcə də Ermənistana məxsus mədəni və dini abidələri dağıdır. Məhkəmədən xahiş ediblər ki, bununla bağlı təcili tədbir görülsün.
Azərbaycan tərəfi də analoji olaraq bununla bağlı öz tələblərini irəli sürdü”.
Hüquq müdafiəçisi bu tələblərlə bağlı məhkəmənin hazırda qəbul etdiyi qərarlara diqqət çəkib:
“Biz Ermənistanın qənimətlər parkının bağlanması, Azərbaycan tərəfin əsirlərə işgəncə verməsi və erməni mədəni abidələrini dağıtması ilə bağlı tələblərinin haqlı olaraq Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən ləğv olunduğunun şahidi olduq. Qeyd etdiyim kimi bu işə mahiyyəti üzrə daha sonra baxılacaq. Ümid edirəm ki,o zaman da tərəflərin iddialarına qarşı münasibətdə ədalət prinsipinə əməl olunacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm