Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Ərəb Dünyası ilə əməkdaşlığı genişləndirir
Yusif Nəzərli
13:23 08.07.2022
Aktual
462
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sami Asem Qoşeh ilə görüşüb.
"Sherg. az" xəbər verir ki, görüş zamanı Günay Əfəndiyeva Türk Dünyasının qədim irsinin, tarixinin qorunması, öyrənilməsi və beynəlxalq səviyyədə təbliği istiqamətində təşkilat tərəfindən həyata keçirilən layihələrdən söz açıb. Fondun prezidenti Türk Dünyası ilə Ərəb Dünyasının yaxınlaşdırılması çərçivəsində təşkilat tərəfindən nəşr olunan “Azərbaycan Qadın Şairələrinin Poeziya Antalogiyası” kitabının ərəb dilində işıq üzü görməsi haqqında məlumat verib. Günay Əfəndiyeva mədəniyyətlərarası dialoqun inkişafı istiqamətində əməkdaşlığın vacibliyini vurğulayıb.
İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Sami Asem Qoşeh müxtəlif sivilizasiyaların bir araya gətirilməsi yönündə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini yüksək qiymətləndirib. Sami Asem Qoşeh təşkilat ilə İordaniya arasında qarşılıqlı əməkdaşlığın uğurlu inkişafına inandığını qeyd edib.
Görüş əməkdaşlığın gələcək perspektivlərinin dəyərləndirilməsi istiqamətində fikir mübadiləsi ilə davam edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi