
Bəzi ölkələr Ermənistanı revanşizmə sürükləyir -Politoloq
09:04 29.10.2024
Aktual
556
İlyas Hüseynov: "Sülh danışıqlarının getdiyi vaxtda Fransanın, Hindistanın Ermənistanı silahlandırması təəssüfləndirici haldır"
Ermənistan "dostları" tərəfindən silahlandırılmaqda davam edir. Ermənistan, ABŞ və Fransa 2023-2024-cü maliyyə ilində Hindistanın müdafiə məhsullarının ən böyük alıcısına çevrilib. Qeyd olunub ki, son bir ildə satışlar 2,6 milyard dollar təşkil edib. Həmçinin, vurğulanıb ki, Ermənistan son dörd il ərzində Hindistanla raketlər, artilleriya qurğuları, raket sistemləri, radarlar, zirehlər və gecəgörmə cihazları, eləcə də, geniş çeşiddə sursat və artilleriya mərmilərinin idxalı üçün bir neçə müqavilə bağlayıb.
Regionda sabitlik, sülhün bərpa olunmasına dəstək göstərmək yerinə, Ermənistanı silahlandıraraq, revanşist meyillərin daha da artmasına dəstək olan Hindistan bölgədə sülhün bərqərarında maraqlı olmadığını açıq-aşkar nümayiş etdirir. Lakin Hindistan unutmamalıdır ki, Cənubi Qafqaz regionu Hindistandan keçən mühüm nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Regionda sabitlik və sülhün olması onun üçün də mühüm əhəmiyyət kəsb etməlidir.
Ermənistana gəldikdə, onun yeni yaranan reallıqları həzm edə bilməyib, hər vəchlə sülhün qarşısını almaq cəhdləri hər kəsə məlumdur. Beynəlxalq ictimaiyyəti aldadaraq, özünü "sülhpərəst" göstərib, "barışıq çağırışları" etsə də, reallıqda Azərbaycanın ona uzatdığı sülh əlini geri çevirib, silahlanmağa davam edir. Bu isə onun əsl niyyətinin sülh olmadığını göstərir.
Politoloq İlyas Hüseynov isə “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycan-Ermənistan arasında sülh danışıqlarının getdiyi, sərhədlərin delimitasiya və demarkasiya prosesinin davam etdiyi, kommunikasiyaların açılmasının müzakirə olunduğu vaxtda Fransanın, Hindistanın Ermənistanı silahlandırması təəssüfləndirici haldır:

“Görünür, bəzi ölkələr Ermənistanı revanşizmə sürükləmək siyasətindən əl çəkmək istəmirlər. Hindistan, xüsusən də Fransa kimi ölkələr Cənubi Qafqazda sülhün əldə olunmasında maraqlı olmadıqlarını hər vəchlə nümayiş etdirirlər. Fransanın Azərbaycana qarşı qərəzli və böhtan xarakterli münasibəti artıq bizdə təəccüb və təəssüf doğurmur. Uzun illər Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli üçün vasitəçilik edən, tarixin arxivinə gömülmüş ATƏT-in Minsk qrupunun üç həmsədr dövlətindən biri olan Fransa elə 44 günlük müharibənin getdiyi günlərdə açıq ermənipərəstliyə keçmişdi. Fransanın bütün dövlət aparatının müharibə günlərində Azərbaycan əleyhinə fəaliyyət göstərdiyini desək, yəqin ki, mübaliğəyə yol vermiş olmarıq. Ölkənin media orqanlarının müharibə ilə bağlı Azərbaycanın ünvanına atmadığı böhtan qalmadı. Azərbaycanın, guya, xaricdən, əsasən Suriyadan muzdlular cəlb etməsi feyk xəbərini ilk dəfə məhz Fransa mediası yaymışdı”.
Hindistanın isə son illərdə bu istiqamətdə aktiv fəaliyyətə başlamasının təəssüf doğurduğunu vurğulayan politoloq qeyd edib ki, Hindistanın Cənubi Qafqaz ölkəsi olan Ermənistanla əlaqələrini genişləndirməsi rəsmi Nyu-Dehlinin xarici siyasətində yeni dəyişikliklərin tərkib hissəsidir:
“Rəsmi Bakı indiyədək bir neçə dəfə bu məsələyə münasibət bildirsə də, Hindistan yenə Ermənistanı silahlandırmaqda davam edir. Buna da bəraət qazandırırlar ki, bu addım kommersiya məqsədi daşıyır və Azərbaycana qarşı yönəlməyib. Halbuki Hindistan beynəlxalq aktor olaraq Ermənistana silah satışına sadəcə kommersiya kimi baxa bilməz. Faktiki olaraq bölgədə işğal faktoru olub və hazırda sülhün əldə edilməsi üçün kövrək məqam yaranıb. Bunun fonunda belə bir addımın atılması Ermənistanda yeni reallıqları qəbul etməyən revanşistləri daha da ruhlandırır. Həm də ki, Hindistan regional sülh və sabitlikdə maraqlı olsaydı, Ermənistanı silahlandırmaz, əksinə, konstruktiv mövqeyə töhfə verməyə çalışardı. Görünür, Hindistanın Ermənistanı silahlandırması Yeni Dehlinin Cənubi Qafqazla bağlı çirkin maraqlarından xəbər verir. Bəlkə də, Azərbaycanın müstəqil siyasi kursu, düşünülmüş diplomatiyası, "Bir yol, bir kəmər" layihəsi çərçivəsində güclü Çinlə yaxınlığı, sıx əməkdaşlığı Hindistanı qarşı cəbhədə olan Ermənistanla əməkdaşlığa sövq edir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya