Biz ətrafımızı normal qonşuluq münasibətlərinə çağırırıq
Yusif Nəzərli
09:58 05.07.2022
Aktual
277
İran Azərbaycanın yad cisimlər əleyhinə müqavimətini düzgün dəyərləndirməlidir
İranda yenə Azərbaycana qarşı siyasi-ideoloji təbliğatın mühərriki işə salınıb. Bir neçə gün öncə İranın ali dini liderinin beynəlxalq məsələlər üzrə baş müşaviri Əli Əkbər Vilayəti Tehranın ənənəvi mövqeyini dilə gətirib. Onun sözlərinə əsasən, müsəlman ölkələrinin, eləcə də Azərbaycanın İsraillə əməkdaşlığı İran üçün qəbuledilməzdir.
Siyasi şərhçi Aqşin Kərimov “Şərq”ə deyib ki, İran şablona dönmüş ritorikasını yumşaltmaqdan uzaqdır. Analitik bildirib ki, Azərbaycan rəsmi olaraq müsəlman dövləti deyil, dünyəvidir:
“Ancaq bir çox müsəlman ölkəsinə nümunə sayıla biləcək modelə sahibdir. İranın “müsəlman dövləti” deyərkən nəyi nəzərdə tutduğu da bəllidir. Bu, yalnız siyasi, qarşıdurma yaradacaq məzhəbçiliyin metastaz verərək böyüməsinə yönələn cəhdlərin təbliğat hissəsidir. Vilayətinin bəyanatının ardınca bəzi İran mənbələri Azərbaycanda guya şiə məzhəbində olanların hüquqlarının pozulduğuna dair heç bir əsası olmayan fikirlər tirajlayır. Nəzərə alaq ki, İran bir aydan çoxdur ki, Azərbaycanda olan əlaltıları vasitəsilə xeyli təbliğat işi apardı. Bu, güclü milli müqavimətlə üzləşdikdən sonra Tehranın həyata keçirmək istədiyi senarilər torpağın altında basdırıldı. İndi İranın verdiyi bəyanatlar, Tehrandan çıxan ah-nalə, vay-şüvən həmin basdırılan senarilərə tutulan yasın sədaları kimi qiymətləndirilə bilər. Şiəliklə bağlı mövzunun manipulyasiya əsasında inkişaf etdirilərək böyük siyasi dividendlər qazanmaq mümkün olmayacaq. Bunun əsas səbəbi Azərbaycan xalqının milli baxış tərzi və dövlətin qanunlarının həmin milli adət-ənənə ilə vəhdətidir".
Ekspert vurğulayıb ki, Azərbaycanda dini dünyagörüşü milli ruhun bazasında inkişaf edir. Yəni təməlin özünü dini baxış yox, məhz xalqın milli dünyagörüşü təşkil edir:
“Bu təməl üzərində isə hər ikisi bir-birindən ayrılmayaraq, bərabərhüquqlu səviyyədə ucalır və vahid ictimai mövqe formalaşdırır. Bəli, Azərbaycan xalqı imam Hüseynə də, imam Əliyə də, Məhərrəm ayına da, Ramazan ayına da, Qurban bayramına da dərin hörmət və ehtiramla yanaşır. Bunu dərk etmək lazımdır ki, həmin etikanı bizə İran öyrətməyib. Bu, tarixin formasiyalarından süzülüb gələn və sınaqlardan üzüağ çıxmış ictimai mövqenin davamıdır. Görünür, bu cür sekulyar model kimlərdəsə dərin stress və əsəb yaradır. İran Azərbaycan dövlətinin xalqın milli ruhunu sarsıtmağa hesablanan addımlar qarşısında gördüyü effektiv tədbirləri və xalqın özünün yad cisimlər əleyhinə müqavimətini düzgün dəyərləndirməlidir. Ona görə də öz siyasətindən əl çəkib dostluq, qonşuluq münasibətlərinə önəm verməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Aleynanı əllərimlə öldürdüm!”
07:02 28.04.2026
Şou
“Beşiktaş” öz meydanında Trabzonspor” məğlub olub
06:26 28.04.2026
Futbol
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region