Blinkenlə Əliyev danışdı! –“ Zəngəzur dəhlizini...”
Blinkenlə Əliyev danışdı! –“ Zəngəzur dəhlizini...”
Yusif Nəzərli
13:50 26.07.2022
Aktual
580
Dünən Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Prezident.az-ın məlumatına görə, Dövlət katibi Antoni Blinken ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılmasını dəstəklədiyini qeyd edərək, Tbilisidə iki ölkənin xarici işlər nazirlərinin görüşünü və birbaşa dialoqunu müsbət qiymətləndirdiyini bildirib.
Prezident İlham Əliyev Tbilisidə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsini iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqların başlanması istiqamətində ilk addım kimi qiymətləndirib. Dövlət başçısı bildirib ki, Azərbaycan artıq sülh müqaviləsinin hazırlanması üzrə öz komissiyasının tərkibini formalaşdırıb və Ermənistan tərəfindən də eyni addımın atılmasını gözləyir.
Antoni Blinken, həmçinin ABŞ-ın Ermənistan ilə Azərbaycan arasında nəqliyyat bağlantılarının və kommunikasiyaların açılmasına və bu sahədə texniki dəstəyin göstərilməsinə hazır olduğunu ifadə edib.Söhbət zamanı bu yaxınlarda Azərbaycan ilə Avropa İttifaqı Komissiyası arasında enerji sahəsində imzalanmış anlaşma memorandumunun əhəmiyyəti məmnuniyyətlə qeyd olunub.
Görüşün detallarını “Sherg.az”a şərh edən siyasi şərhçi Turab Rzayev bildirib ki, bu, Azərbaycan üçün çox əhəmiyyətlidir:
“Son dövrlər ABŞ və Azərbaycan rəhbərliyi arasında bu cür məktublaşmaların, telefon əlaqələrinin artdığını görürük. Halbuki, öncələr belə sıx əlaqələrin şahidi olmurduq. Bu dəfə əsasən iki məsələ ətrafında fikir mübadiləsi aparılıb. Birincisi, Qarabağ münaqişəsi və Ermənistanla Azərbaycan arasında kommunikasiyaların açılmasıdır.
Əlbəttə ki, Vaşinqton da bölgədə sülh istəyir və Avropa İttifaqının bölgədə sülh yaratmaq missiyasını dəstəkləyir. Bu bizim kifayət qədər uğurlu addımdır. Çünki Aİ-nin indiyə qədər vasitəçilik etdiyi dörd Brüssel görüşünün hər biri bizim üçün uğurlu olub. Digər məsələ isə kommunikasiyaların açılması məsələdir.
Azərbaycan bu fikrə qarşı deyil. Türkiyə ilə Ermənistan arasında kommunikasiyaların açılması üzrə danışıqlar gedir. Azərbaycan da bu kommunikasiyaları açmaq niyyətindədir. Amma burada bizə maraqlı olan məqam sözügedən kommunikasiyaların Zəngəzur dəhlizini əhatə edib-etməməsidir. Bu dəhliz bizim üçün xüsusi əhəmiyyətə malikdir. Əlbəttə ki, burada da Qərbin dəstək verməsi bizim üçün uğurlu olardı.
Müzakirə olunan ikinci məqam isə enerji məsələsidir. Növbəti beş il ərzində Avropa ölkələri Rusiyadan neft və qazın idxalını dayandırmaq istəyirlər. Aydındır ki, belə olan halda Azərbaycan növbəti illər ərzində qaz ixracını Avropaya iki dəfədən çox artırmağı planlayır.
Həmçinin Avropa ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlıq mövcud olacaq. Eyni zamanda Azərbaycan tranzit ölkə kimi Türkmənistan və İran qazını, Türkmənistan, İran və Qazaxıstan neftini öz üzərindən Qərbə ötürə bilər. Bu da Azərbaycanın tranzit ölkə kimi əhəmiyyətinin artmasına gətirib çıxaracaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp: "ABŞ İranla bağlı qərarını tezliklə verəcək"
23:38 13.10.2026
Aktual
"Qarabağ" "Sabah"ı təbrik etdi
23:19 13.10.2026
Futbol
Trampdan husilərə xəbərdarlıq: "Mən bunu heç vaxt unutmayacağam"
23:00 13.10.2026
Dünya
Netanyahu Trampla İrana hücumların bərpasını müzakirə etdi
22:20 13.10.2026
Gündəm
Arda Turan Türkiyə millisi ilə bağlı qərarını açıqladı
22:02 13.10.2026
Futbol
Ərdoğandan xahiş edəcəyəm ki, müharibəyə qoşulsun
21:17 13.10.2026
Dünya
Ərdoğanın vasitəçiliyi sülhə yol aça bilər, amma bir şərtlə - ŞƏRH
20:32 13.10.2026
Gündəm
Ərdoğandan Səudiyyəyə dəstək...
20:21 13.10.2026
Aktual
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
20:13 13.10.2026
Gündəm
Paşinyanın təyyarəsi 5 ay sonra İrəvana qayıtdı
20:05 13.10.2026
Cənubi Qafqaz
Dələduzluq edən dörd nəfər saxlanıldı
19:50 13.10.2026
Hadisə
Barmaq çıtlatmaq zərərlidirmi? - Oynaq iltihabına səbəb olurmu?
19:41 13.10.2026
Sağlamlıq
Dizel sazişi Rusiya və ABŞ-ın maraqlarına cavab verir
19:39 13.10.2026
Aktual
Polis 2 kiloqram narkotik vasitə aşkarladı
19:26 13.10.2026
Hadisə
Tom Berendsen Azərbaycana rəsmi səfər edəcək
18:42 13.10.2026
Siyasət