BMT-nin nümayəndəsi Mehriban Əliyevaya təşəkkür etdi
15:37 06.12.2019
Aktual
429
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə bütün respublika ərazisində bir gündə 650 min ağac əkilib.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisi və BMT-nin İnkişaf Proqramının (BMTİP) rezident nümayəndəsi Qulam İshaqzai tədbirlə bağlı jurnalistlərə açıqlama verib.
“Əvvəlcə hər kəsə təşəkkür edirəm. Azərbaycanın böyük şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyini qeyd etmək möhtəşəm təşəbbüsdür. Biz BMT olaraq Nəsiminin 650 illiyinin bu şəkildə qeyd edilməsini dəstəkləyir və təqdir edirik. Çünki bu, həm də öz növbəsində ətraf mühitin mühafizəsinə və yaşıllıqların artırılmasına gətirib çıxaracaq”, - deyə İshaqzai bildirib.
BMT nümayəndəsi bu təşəbbüsə görə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya təşəkkür edib: “BMT olaraq, eyni zamanda Nəsiminin 650 illiyinin keçirilməsi və bu münasibətlə 650 min ağacın əkilməsi təşəbbüsünə görə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildiririk”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya