BMU beynəlxalq konfransda təmsil olunub
11:42 04.12.2019
Aktual
475
Bakı Mühəndislik Universiteti (BMU) Litva Mərkəzi Bankının (Lietuvos Bankas) Vilnüs şəhərində yerləşən mərkəzi qərargahında keçirdiyi “Makroiqtisadiyyat və maliyyədə öyrənmə və gözlənti formasiyaları” adlı beynəlxalq konfransda təmsil olunub. Tədbirdə BMU-nun Maliyyə kafedrasının müdiri, i.ü.f.d. Füzuli Əliyev iştirak edib.
Konfransda öncə İngiltərənin Oksford Universitetinin iqtisadiyyat üzrə professoru Klaus Adam rasional gözlənti modelləri, onların monetar siyasətdə və aktivlərin qiymətləndirilməsi sahələrində tətbiqi haqqında geniş məlumat verib. O, həmçinin yeni neoklassik real biznes tsiklləri modeli barədə təqdimatla çıxış edib.
Tədbirin növbəti günlərində iştirakçılar elmi işlərini təqdim ediblər. BMU-nun əməkdaşı F.Əliyev konfransda “Neft qiyməti şoklarının fond birjasına təsiri: Neft ixrac edən Müstəqil Dövlətlər Birliyi (MDB) nümunəsi” adlı tədqiqatla çıxış edib. Onun çıxışı iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Qeyd edək ki, konfransa bir çox Avropa ölkələrinin mərkəzi banklarının və universitetlərinin maliyyə sahəsi üzrə tədqiqat aparan alimləri qatılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya