Britaniyalı jurnalist “The Telegraph”da Azərbaycandan yazıb
13:17 14.03.2021
Aktual
365
Böyük Britaniyanın “The Telegraph” qəzetində Azərbaycan haqqında geniş məqalə dərc olunub.
Sherg.az xəbər verir ki, məqalənin müəllifi Ceyms Stivort Azərbaycana səyahət edərək ölkəmizlə bağlı təəssüratlarını bölüşüb.
“Azərbaycan – heç vaxt səyahət etməyi düşünmədiyiniz möhtəşəm ölkə” adlı məqalədə müəllif ölkəmizin görməli yerlərindən, füsunkar təbiətindən, turizm imkanlarından bəhs edib.
Bakının “Xəzərin Dubayı” adlandırıldığı məqalədə vurğulanıb ki, Qafqaz ölkələrindən ən maraqlısı “Odlar yurdu” kimi tanınan Azərbaycandır. Baxmayaraq ki, Gürcüstan səyahət mərkəzlərindən birinə çevrilib, lakin Azərbaycan daha cazibədardır.
Müəllif Azərbaycanda olarkən Şəkiyə getdiyini qeyd edib. O bildirib ki, uzun bir yol qət edəndən sonra insan yorğunluq hiss edə bilər, lakin ətrafdakı mənzərəni görəndən sonra vəziyyət dəyişir. Paytaxtdan kənardakı boş ərazilər birdən yox olur və yerini təpəliklər, üzüm bağları, tarlalar tutur.
Məqalədə 2019-cu ildə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edildiyi diqqətə çatdırılıb. Köhnə karvansarayın çay bağçasında oturub bir zamanlar tacirlərin metal, keramika və ipək alış-verişi etdiyi yerlərə baxdığını qeyd edən müəllif Xan Sarayını da ziyarət etdiyini, Şəkinin mətbəxi ilə tanış olduğunu bildirib.
Sonra o, Kiş kəndinə getdiyini, bu kəndin daşlarla döşənmiş zolaqlı yollarının çox gözəl olduğunu vurğulayıb. Kiş kəndində tanınmış norveçli səyyah Tur Heyerdalın büstünün olduğunu qeyd edən jurnalist bildirib ki, o, Azərbaycanda çox məşhurdur. Çünki norveçli səyyah Kişdə I əsrə aid kilsənin restavrasiyasını təşkil edib. “Kişdəki kilsədə mənə iki skelet göstərdilər. Mən onların nə qədər nəhəng olduğunu gördüm”, - deyə müəllif əlavə edib.
Şəkidə olarkən Quba haqqında da eşitdiyini vurğulayan britaniyalı jurnalist Bakıya qayıdıb bu rayona səyahət etdiyini diqqətə çatdırıb. O, Qubanın Xınalıq kəndinin gözəlliyindən bəhs edərək buranın İncildə haqqında yazılan yerlərə bənzədiyi vurğulayıb. Qeyd edib ki, Azərbaycanın ən ucqar ərazilərindən birində yerləşən bu kənddə dağın dibi ilə axan çayın səsini eşitmək mümkündür. O, Xınalığa müasir standartlara uyğun yolun çəkildiyini, burada insanların özlərinə məxsus həyat tərzlərinin olduğunu qeyd edib. Müəllif məqalədə Xınalıq sakinləri ilə söhbətlərinə də verib, sakinlərin onu gəzintiyə apardıqlarını, uzaqdan Şahdağı göstərdiklərini, gözəl mənzərələr seyr etdiklərini bildirib.
Ceyms Stivort Quba rayonunun dağlıq ərazisində yerləşən Qalayxudat kəndində də olduğunu, burada onu çay içməyə dəvət edən sakinin Quba qalası haqqında maraqlı əhvalatlar danışdığını vurğulayıb. O, gəzdiyi bu ərazilərin turistik məkana çevriləcəyini, Xınalıqdan Qəbələdəki qış istirahət mərkəzinə birbaşa yol çəkiləcəyini də diqqətə çatdırıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran Hörmüz boğazının tamamilə bağlandığını elan edib
01:21 07.09.2026
Region
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə