Bu il təbii və texnogen hadisələr zamanı ölənlərin sayı bilindi
08:19 06.12.2019
Aktual
576
2019-cu ilin doqquz ayı ərzində respublika ərazisində 14192 təbii və texnogen mənşəli hadisə baş verib. Oxu.Az-ın məlumatına görə, bu, 2018-ci ilin doqquz ayı ilə müqayisədə 622 hadisə və ya 5 faiz çoxdur.
Baş vermiş hadisələr nəticəsində 60 nəfər həlak olub, 243-ü isə xəsarət alıb.
2018-ci ilin müvafiq dövründə ölkə ərazisində 13 min 398 yanğın hadisəsi olubsa, 2019-cu ilin doqquz ayında 13 min 991 yanğın baş verib.
Yanğın hadisələri zamanı 43 nəfər həlak olub, 168 nəfər xəsarət alıb. Bu da ötən ilin doqquz ayı ilə müqayisədə, yanğından həlak olanlar üzrə 19 nəfər və ya 31 faiz azdır, xəsarət alanlar üzrə 41 nəfər və ya 32 faiz çoxdur.
2019-cu ildə təhlükəli meteoroloji və aqrometeoroloji hadisələr zamanı iki nəfər həlak olub. Qar uçqunu da iki nəfərin həyatına son qoyub.
Göstərilən dövrdə 46 partlayış baş verib və bu, 12 nəfərin ölümünə, 72 nəfərin xəsarət almasına səbəb olub.
Binaların zədələnməsi, zədələnmə təsirindən dağılması və qəflətən uçması ilə bağlı dörd hal qeydə alınıb, bu, üç nəfərin ölümü ilə nəticələnib.
Nəqliyyat vasitələrində 275 yanğın qeydə alınıb, bu, altı nəfərin ölümünə səbəb olub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya