Bütün məlumatlar bir ünvanda cəmləşəcək
Yusif Nəzərli
23:20 08.07.2022
Aktual
397
Daşınmaz əmlakın elektron qaydada bağlanması sənədləşmə işində müsbət addımdır
Azərbaycanda daşınmaz əmlakın icbari sığortası elektron şəkildə bağlanılacaq. Bununla bağlı "İcbari sığortalar haqqında" qanuna dəyişiklik təklif olunur. Qeyd edilir ki, hazırda yalnız avtonəqliyyat vasitələrinə münasibətdə bağlanan icbari sığorta müqavilələri elektron sənəd formasında bağlanılır. Qanunla tənzimlənən daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta müqavilələri isə kağız formasında bağlanılır. Müqavilələrin kağız formasında bağlanması bəzi hallarda bir sıra problemlərin yaranmasına, xüsusilə fiziki təmas olmadan müvafiq icbari sığorta şəhadətnaməsinin əldə edilməməsinə, vətəndaşların saxtakarlıqla üzləşməsinə, təminatsız qalmalarına və sığorta müqavilələrində məlumatların dəqiqliyinin təmin edilməməsinə səbəb olur.
Məlumdur ki, 2020-ci ildən etibarən “Daşınmaz əmlakın icbari sığortası haqqında” qanuna düzəlişlər qəbul olundu. Qanuna görə, Bakı şəhərində daşınmaz əmlaka sahib olanlar 50 manat illik sığorta haqqı ödəyərək əmlaklarını sığorta etdirməlidir. Sığorta haqqı Sumqayıt, Gəncə, Naxçıvan şəhərlərində 40 manat, digər yaşayış məntəqələri və bölgələrdə isə 30 manatdır. İcbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslərə 30 manat, vəzifəli şəxslərə 80 manat, hüquqi şəxslərə isə 200 manat cərimə nəzərdə tutulub. 20 gün ərzində icbari sığorta müqaviləsi bağlanmasa əmlak sahibi yenidən eyni məbləğdə cərimə edilir. Daşınmaz əmlakın icbari sığortası, həm də sənədli evləri üzə çıxarır. Sənədsiz evlər isə daşınmaz əmlak sığortasından yararlana bilmir. Əslində, sığortaya inananlar azdır. Avtomobil qəzaları zamanı sığorta şirkətləri sığortalanmış avtomobilə dəymiş ziyanı heç ödəmir. Odur ki, kimsə mənzilə, fərdi evinə ziyan dəyərsə, sığorta ilə zərərin qarşılaşacağına inanmır, ona görə də sığortaya ödənilən pulları “havaya sovrulmuş” hesab edərək, sığortadan uzaq gəzir.
Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bu fikirdədir ki, sığorta sistemi ölkədə lazımi qaydada işləmədiyindən vətəndaşlar inamsız yanaşır:
- Daşınar, daşınmaz əmlakın sığortası sistemi qaneedici səviyyədə deyil. Vətəndaşlar avtomobillərini sığortalayır, lakin qəza baş verdikdə, avtomobilə zərər dəydikdə, çox zaman sığorta şirkəti dəymiş ziyanı ödəyə bilmir. Qəzada iştirak edən tərəflər problemi öz aralarında həll edirlər.
Daşınmaz əmlakla bağlı da eyni situasiyadır. Sığorta sistemi mükəmməl olmadığı üçün vətəndaşı qane etmir. Daşınmaz əmlakın elektron qaydada bağlanması sənədləşmə işində müsbət addımdır.
Məlumatların bir ünvanda cəmləşməsi istənilən zaman o məlumatı əldə etmək imkanı verir. Daşınmaz əmlakın icbari sığortasının elektron qaydada təsdiqi vətəndaşa sığorta şəhadətnaməsi əldə etmək hüququ verəcək.
Lakin məsələ, yenə də sığortanın mümkün zərərləri nə dərəcədə qarşılaya biləcəyindədir. Sığorta sistemi elə qurulmalıdır ki, vətəndaş zərərlə qarşılaşacağı halda, dəstək görəcəyinə əmin olsun.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət
İlham Əliyev: Azərbaycanın maliyyə və iqtisadi vəziyyəti sabitdir
19:41 27.04.2026
Rəsmi