Çavuşoğlu: "PKK-nın İraqı özünə düşərgə seçməsi..."

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Bağdadda İraq Prezidenti Bərham Saleh və İraqın Baş naziri Adil Əbdülmehdi ilə görüşüb.

Axar.az xəbər verir ki, prezident sarayında baş tutan görüş mediaya qapalı keçirilib.

Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu görüş zamanı deyib ki, rəsmi Ankara İraqın ərazi bütövlüyünün qorunmasını dəstəkləyir və bu ölkənin ərazisinin xarici qüvvələrinin münaqişə bölgəsinə çevrilməsini yolverilməz hesab edir.

Eyni zamanda o əlavə edib ki, PKK terror təşkilatının İraq ərazisini özünə düşərgə hesab etməsi qəbulolunmazdır.