Çavuşoğlu: "Süleymaninin ölümü buna səbəb ola bilər"

General Qasım Süleymaninin ölümü bölgədə sülhün pozulmasına səbəb ola bilər.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.

“ABŞ-la İran arasındakı gərginliyi azaltmaq üçün digər ölkələrlə əlimizdən gələni edəcəyik”, - deyə Çavuşoğlu bildirib.