Çernyavski: "Azərbaycanın ağrılı problemini unuda bilmərik"
16:02 09.12.2019
Aktual
495
Rusiyanın Cənubi Qafqazdakı həqiqi strateji müttəfiqi Azərbaycandır.
Report-un məlumatına görə, bunu Moskvada keçirilən "Rusiya-Azərbaycan: 2019-cu ilin yekunları" adlı dəyirmi masada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun Postsovet Tədqiqatları Mərkəzinin direktoru Stanislav Çernyavski deyib.
Onun sözlərinə görə, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə bu yaxınlarda keçirilmiş Regional Əməkdaşlıq Forumundan çox təsirlənib: "Rusiyanın İqtisadi İnkişaf naziri Oreşkinin birgə əməkdaşlığımızın nəticələri barədə məlumatlarını dinləmək maraqlı idi. O bildirdi ki, son bir ildə ölkələr arasındakı ticarət 26% artıb və MDB ölkələrinin heç biri ilə belə artım yoxdur".
Mərkəz direktoru həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılan və Azərbaycan tərəfindən dəstəklənən Türkiyə-Rusiya-Azərbaycan və İran-Rusiya-Azərbaycan üçtərəfli formatlarında yüksək vəzifəli şəxslər səviyyəsində mütəmadi görüşlərin əhəmiyyətini xüsusi vurğulayıb.
O bildirib ki, xarici siyasət baxımından bu gün Azərbaycan təkcə regional lider deyil, həm də qlobal səviyyədə əhəmiyyətli oyunçudur: "Əlbəttə, Azərbaycan üçün ağrılı problem olan Dağlıq Qarabağ münaqişəsini unuda bilmərik. Hər kəs başa düşür ki, bu, Azərbaycanın qanlı yarasıdır və Rusiya bu məsələ üzrə aparılan bütün danışıqlarda iştirak edir. İndi Ermənistanda vəziyyət dəyişir. Görək Ermənistan tərəfi danışıqlarda hansı mövqeyə gələcək. Hər halda bu proses davam edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya