"Ciddi düşünmək lazımdır, su resurslarımız çox azdır" -
Turan
08:57 24.03.2021
Aktual
353
"Dünyada 2,2 milyard insanın təmiz su resurslarına çıxışı ya yoxdur, ya da daimi deyil".
"Sherg.az" xəbər verir ki, bunu iqtisadçı Natiq Cəfərli Feysbuk statusunda yazıb.
Ekspert bəyan edib ki, bu rəqəm 2030-cu ildə 3,5 milyard nəfərə qədər arta bilər:
"2009-cu ildə ABŞ-da, Seattle şəhərində maraqlı bir tədbirdə iştirak edirdim. Müzakirələr 2040-cı ildə dünyanı gözləyən təhlükələr ərtafında idi. Çıxış edən alimlərin, siyasətçilərin böyük əksəriyyəti yaxın illərdə dünyanın ən böyük probleminin içməli su olacağını deyirdilər. Təmiz su resurslarına çıxış üçün dünyada müharibələrin belə ola biləcəyini söyləyirdilər. Bir neçə nəfər çıxışında dedi ki, 20-ci əsrin müharibələri enerji resursları, neft-qaz uğrunda idi, amma 21-ci əsrdə müharibələr içməli, təmiz su uğrunda olacaq".
N.Cəfərli vurğulayıb ki, Azərbaycan üçün də ən böyük problemlərdən biri şirin su resurslarının az olmasıdır:
"Torpaqlarımızın böyük bir hissəsinin işğaldan azad edilməsi su resurslarına çıxışı artırdı, amma bu yetərli deyil. Cənubi Qafqazın ən az su resursu bizdədir. Ancaq ən çox əhaliyə də Azərbaycan malikdir. Yaxın 20-30 ildə Azərbaycanın əhalisi Gürcüstan və Ermənistanın birgə əhalisinin sayından 3 dəfə artıq ola bilər. Bu məsələ haqqında ciddi düşünmək lazımdır. Problemin həlli üçün indidən işlər görülməlidir. Bu işlər ağılla, hesabatlılıqla olmalıdır. "Azərsu" kimi qeyri-effektiv quruma 200 milyona yeni ofis tikməklə yox...".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
10 il anasına tək baxdı… Analar Günündə acı xəbər gəldi
18:20 11.05.2026
Hadisə
Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq
18:16 11.05.2026
Ekologiya
Ərdoğandan yeni Konstitusiya mesajı: Bu qüsuru ardan qaldıracağıq
17:55 11.05.2026
Region
Netanyahu təhlükəsizlik müşavirəsi keçirir
17:15 11.05.2026
Dünya
III Şio mayın 12-də taxta çıxacaq
16:44 11.05.2026
Region
Bakıda məktəbdə beşinci sinif şagirdi qızı bıçaqladı
16:14 11.05.2026
Hadisə
Gürcüstanın yeni Patriarxı seçilib - YENİLƏNİB
16:07 11.05.2026
Cənubi Qafqaz
İrandan ABŞ-yə sərt mesaj: “Proses daha da mürəkkəbləşəcək”
15:52 11.05.2026
Dünya
Ərdoğan Belçika Kraliçası Matildanı qəbul edib
15:26 11.05.2026
Gündəm
Əkrəm İmamoğlunun “casusluq işi” üzrə məhkəməsi başlayıb
15:24 11.05.2026
Gündəm
Bütün dünyaya təsir edəcək fəlakət barədə xəbərdarlıq edildi
14:58 11.05.2026
Dünya
Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib
14:45 11.05.2026
Ekologiya