
Çingiz Qənizadə: İtkin düşmüş şəxslər üzrə dövlət komissiyaları danışıqlarla kifayətlənməməlidir
10:06 04.06.2025
Aktual
659
Qarabağ savaşı başlayandan bu günə qədərki itkilərimizin sayı minlərlədir
Azərbaycanın və Ermənistanın itkin düşmüş şəxslər üzrə dövlət komissiyalarının nümayəndələri arasında növbəti görüş keçirilib.
Görüş çərçivəsində tərəflər münaqişə zamanı itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması ilə bağlı humanitar məsələləri müzakirə ediblər.
Görüşdə məlumat mübadiləsi imkanları, axtarış tədbirlərinin əlaqələndirilməsi məsələləri nəzərdən keçirilib.
Tərəflər humanitar sahədə dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb və itkin düşmüş şəxslərin ailələrinin maraqları naminə gələcək təmaslara hazır olduqlarını bildiriblər.
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, Hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə "Sherg.az"a deyib ki, bundan öncəki görüşlərdə müzakirə edilən məsələlərdən sonra Ermənistan tərəfinin Azərbaycana lazımi məlumatları verib-verməməsi sual altındadır:

"44 günlük Vətən müharibəsindən öncə də Prezident İlham Əliyev demişdi ki, görüş xatirinə görüşdən imtina edir. Həmçinin o, əməli işlərin görülməsinin vacibliyini vurğulamışdı. Bu mənada itkin düşmüş şəxslər üzrə dövlət komissiyaları sadəcə danışıqlarla kifayətlənməməlidir. Bəzi məxfi məlumatların olması və açıqlanmaması normaldır. Lakin unutmayaq ki, Qarabağ savaşı başlayandan bu günə qədərki itkilərimizin sayı minlərlədir. Ermənilər 50-100 nəfər axtarırlarsa, bizim 4 minə yaxın itkin soydaşımızın taleyindən xəbər yoxdur. Buna görə də Ermənistan tərəfi mütləq şəkildə şərait yaratmalıdır ki, onların qalıqlarını tapıb ailələrinə təqdim edək. Ümumiyyətlə rəsmi İrəvan səmimi olmalıdır. Eyni zamanda Azərbaycanın qaldırdığı bütün məsələlərə ədalətli yanaşaraq obyektiv mövqe sərgiləməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi
AJB-nin Aran bölgəsi üzrə zona müşavirəsi keçirilib -FOTO
14:49 23.08.2026
Media