Çıxış yolu var: Müharibə adamlarının problemləri üzrə dövlət komitəsi yaradıla bilər
12:42 05.06.2022
Aktual
677
“Qazilər və sosial müdafiə strukturları arasında baş verən hadisələr ağrı və narahatlıq doğurur”.
“Sherg.az” xəbər verir ki, bu barədə İctimai Tədqiqatlar Mərkəzinin direktoru, hüquqşünas, ekspert-kriminalist İlqar Altay deyib.
Ekspert bildirib ki, qazilərin və veteranların sosial, sağlıq, hüquqi və s. məsələlərinin həllinin icrası üzrə nizamsızlıq və sistemsizlik hiss olunur:
“Ölkədə müharibə ilə əlaqəli böyük bir toplum mövcuddur: - bu şəhid ailələri, qazilər və veteranlardır. Belə böyük, həssas təbəqənin həyatı və yaşayış şəraiti, sağlamlığı və təminatı çox asan məsələ sayılmamalıdır. Problemlər müxtəlif ola bilir. Bu təbəqənin problemlərinin həllinə qarşı bəzi yerli aidiyyətli məmurların qeyri-adekvat yanaşması ilə yanaşı, bəzi qazilərin də tələb və davranışlarının da qeyri-adekvat olması mümkündür. Eyni zamanda bu təbəqə ilə dövlət orqanları arasındakı anlaşılmazlıq və mübahisələrdən daxili-xarici siyasi dairələrin, anti-Azərbaycan qüvvələrin sui-istifadə halları da danılmazdır. Düşünürəm ki, bütün bu nizam, tənzim probleminin həlli üçün vətən müharibəsinə aid toplumun: - şəhid ailələri, qazilərin, veteranların problemlərinin həlli üzrə ayrıca, xüsusi, dövlət komitəsi yaradılması daha müvafiq ola bilərdi”.
Kriminalist yeni qurumun necə adlana biləcəyindən də yazıb:
“Məsələn, ayrıca “Vətən müharibəsi – şəhid ailələri, qazilər və veteranların problemləri üzrə dövlət komitəsi” adlı qurum yaradıla bilər. Ölkəmizdə ailə, uşaq və qadın problemləri, diaspora və yaxud qaçqın-köçkünlər, dini qurumların tənzimi üzrə ayrıca komitələr var. Zənnimcə, yeni Komitə ölkə əhalisinin bu, böyük və həssas təbəqəsinə yönəlik dövlət siyasəti və qayğısının tənzimlənməsi, bu kəsimlə bağlı bütün sosial, hüquqi və sair problemlərin həllində təyinatlı, sistemli dövlət strukturu kimi fəaliyyət göstərə, səmərəli rol oynaya bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi