Dağıstan və Tatarıstan rəhbərlərindən İlham Əliyevə təbrik məktubu
Yusif Nəzərli
06:22 12.05.2023
Aktual
364
Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
President.az xəbər verir ki, məktubda deyilir:
“Bütün Dağıstan xalqı adından və şəxsən öz adımdan Sizi atanız – dünyada dərin hörmət və ehtiram qazanmış görkəmli dövlət və siyasət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi münasibətilə təbrik edirəm.
Heydər Əlirza oğlu bütün həyatı boyu öz xalqına və Vətəninə sədaqətlə xidmət edib. Biz Azərbaycanın müasir tarixində onun xidmətlərinin silinməz izlərini görürük. Böyük siyasi xadimin ardıcıl fəaliyyəti sayəsində respublika çətin sınaqlardan uğurla çıxıb və bu gün tərəqqi yolu ilə inamla irəliləyir. Heydər Əliyevin xalqa müraciətində dediyi kimi: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”. Belə də oldu. Siz, hörmətli İlham Heydər oğlu, atanızın, xalqın dahi oğlunun vəsiyyətlərinə sadiqsiniz. Əminəm ki, gələcəkdə də Sizi öz yolunuzda yalnız nailiyyətlər və qələbələr gözləyir.
Sizə səmimi-qəlbdən cansağlığı, rifah və ali dövləti vəzifənizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və davamlı tərəqqi arzulayıram”.
Bundan başqa, Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
Məktubda deyilir:
“İcazə verin, atanız Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar ən səmimi təbriklərimi Sizə çatdırım.
Tatarıstanlılar Azərbaycan xalqının dahi oğlu, adı doğma ölkəsinin tarixinə əbədi yazılmış, Tatarıstan-Azərbaycan əməkdaşlığının təşəkkülündə və inkişafında mühüm rol oynamış görkəmli siyasət və dövlət xadimini - çox hörmətli Heydər Əlirza oğlunu böyük minnətdarlıq və dərin hörmətlə xatırlayırlar.
Xalqlarımız arasında etimad və dostluq ənənələrini qoruyub saxlamaq və möhkəmləndirmək üçün Sizin atanız, çox hörmətli Heydər Əlirza oğlu tərəfindən göstərilən səyləri davam etdirmək bu gözəl insanın nurlu xatirəsi qarşısında bizim ümumi borcumuzdur. Ümidvaram ki, biz Tatarıstan və Azərbaycan arasında əməkdaşlığın Rusiya-Azərbaycan münasibətləri kontekstində dinamik şəkildə inkişafı, adlı-sanlı sələflərimizin məhsuldar təşəbbüslərinin layiqli davamçısına çevrilməyə qadir olan yeni məzmunla zənginləşməsi üçün zəruri olan hər şeyi birgə həll edəcəyik.
Sizə möhkəm cansağlığı, firavanlıq, gözəl Azərbaycanın rifahı naminə ali dövləti vəzifənizdə uğurlar arzulayıram”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region
Rusiyada səfərbərliyə hazırlıq gedir
17:55 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
17:52 24.08.2026
Region
Tramp: İran tamamilə çökür
17:47 24.08.2026
Dünya
Dəmir ehtiyatları belə azalır: Yumurtanın yanında çay içməyin!
16:40 24.08.2026
Sağlamlıq
Livandan qovulan İran səfiri ölkədən çıxmaq istəmir
16:03 24.08.2026
Dünya
Azad edilmiş ərazilərdə daha 139 mina, 522 PHS aşkarlanıb
15:17 24.08.2026
Aktual
Peskov Paşinyana cavab verib
15:04 24.08.2026
Gündəm