Daha 100 ailəyə ev verildi
12:17 26.11.2019
Aktual
632
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonunun Məmmədli kəndində yeni yaşayış binalarından alınmış daha 100 mənzil şəhid ailələrinə, Qarabağ müharibəsi və 20 Yanvar əlillərinə təqdim edilib. Mənzillərin sənədlərinin təqdim olunması mərasimində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığı əsasında sosial cəhətdən həssas qruplara aid vətəndaşlara qayğının artırılması sahəsində aparılan işləri qeyd edib. O, şəhid ailələrinin, müharibə və 20 Yanvar əlillərinin mənzillə təminatı proqramının ildən-ilə gücləndiyini vurğulayıb.
Nazir müavini diqqətə çatdırıb ki, 2018-ci ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilib. 2019-cu ildə isə şəhid ailələrinə, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi olan vətəndaşlara 934 mənzil verilməsi nəzərdə tutulub. Onlardan artıq 486 mənzil və fərdi ev verilib. Qalan mənzil və fərdi evlərin də cari ilin sonuna qədər verilməsi də təmin ediləcək.
A.Əliyev bununla da indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7140 mənzil və fərdi evin verildiyini, qarşıdakı dövrdə də bu istiqamətdə tədbirlərin davam edəcəyini bildirib. O, eyni zamanda, 2018-ci ildə 265 müharibə əlilinə nazirlik tərəfindən avtomobil verildiyini, cari ildə nəzərdə tutulduğundan 3,2 dəfə çox olmaqla 600-ə yaxın avtomobilin verilməsinin nəzərdə tutulduğunu, onlardan bu il artıq 427 avtomobilin təqdim edildiyini deyib. Nazir müavini indiyədək 6400-dək minik avtomobilinin müharibə əlilləri və onlara bərabər tutulan vətəndaşlara verildiyini qeyd edib. O, həmçinin cari ildə reallaşdırılan sosial paketlərin tərkib hissəsi kimi, şəhid ailələrinə, müharibə əlillərinə yönələn sosial ödənişlərin də əhəmiyyətli şəkildə artırıldığını bildirib.
Yeni mənzillərlə təmin olunan vətəndaşlar aparılan güclü sosial siyasətdən, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin, bu döyüşlərdə əlil olmuş şəxslərin həyat şəraitlərinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirlərdən razı qaldıqlarını vurğulayıblar. Onlar diqqət və qayğı ilə əhatə olunduqlarına və hazırda müasir tələblərə cavab verən yeni mənzillərlə təmin edildiklərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol
Netanyahu Hermon dağının zirvəsindən İranı hədələyib
18:40 09.09.2026
Aktual
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol