Daha bir jurnalistin deputatlığa namizədliyi qeydə alındı

“Xalqxeber.az” İnformasiya Agentliyinin baş redaktoru Peyman Sadıqovun deputatlığa namizədliyi qeydə alınıb.

Bu haqda jurnalistin özü məlumat verib.

O, 46 saylı Şirvan Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürüb. 

Xatırladaq ki, Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-da keçiriləcək.