Daha bir ölkə nüvə silahı əldə edəcək - QORXUNC İDDİA
08:23 30.11.2019
Aktual
499
Yaponiya mülki nüvə stansiyalarının inkişafı adı ilə çoxlu miqdarda nüvə yanacağı əldə edib. Yaponiya bunun sayəsində ALTI minə yaxın nüvə bombası istehsal edə bilər.
Oxu.Az-ın məlumatına görə, Çinin “Sohu” nəşri belə iddia ilə çıxış edib.
“Nüvə gücü Çinin qapısının ağzındadır. Bu, təkcə Rusiya və ABŞ deyil, həm də həmişə kölgədə qalan Yaponiyadır”, - deyə məqalədə bildirilib.
Qəzet yazıb ki, Yaponiya özünümüdafiə qüvvələri döyüş effektivliyi baxımından dünyada 10 ölkədən biridir.
“Yaponiyanın nüvə silahı yaratmasına icazə verilməsə də, bu ölkə inkişaf etmiş nüvə elektrik stansiyaları tikdi. Elektrik enerjisi istehsal etmək üçün nüvə enerjisindən istifadə etdi. Yaponiya nüvə silahı yaratmasa da, nüvə texnologiyasından istifadə üzrə dünya lideridir”, - deyə yazıda qeyd olunub.
Nəşr bu qənaətə gəlib ki, Yaponiya hərbi əməliyyatlar başlayacağı təqdirdə asanlıqla nüvə silahı hazırlaya bilər.
1968-ci ildə imzalanan Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə əsasən 1967-ci ilin yanvarın 1-dək bu cür silahları sınaqdan keçirən ölkələr nüvə gücləri kimi tanınır.
Nüvə güclərinə ABŞ, Rusiya, İngiltərə, Fransa və Çin daxildir. Bununla belə Hindistan, Pakistan, İsrail və Şimali Koreyanın da nüvə silahına sahib olması qəbul edilir.
Yaponiyada 1946-1977-ci illər arasında yeni Konstitusiyası elan olundu. Qanunla imperator faktiki olaraq siyasi gücünü itirdi və silahlı qüvvələr yaratmaqdan imtina edildi. Bunun əvəzində özünümüdafiə qüvvələri yaradıldı.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm