Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev
Dahiyanə “kəşf”- Professor yazır..
Dahiyanə “kəşf”- Professor yazır..
Yusif Nəzərli
11:55 01.08.2023
Aktual
371
İyul ayının 27-də Milli Şuranın sədri C.Həsənli “Azadlıq” radiosuna verdiyi intervyuda ölkəmizə sərmayə qoyanlara əsassız hücumlar edib. Dünyanın hər yerində investisiya gətirənlərə xüsusi şərait yaradılır. Eyni addımı Azərbaycanda da atıblar. Ulu Öndər Heydər Əliyev 17 mart 1998-ci ildə 456 saylə Fərmanı ilə “Azərqızıl” və ABŞ-ın “R.V.İnvesment” şirkəti ilə imzalanan sazişi qanun səviyyəsində təsdiq etməklə ölkəmizin xarici sərmayədarlar üçün sabit və zəmanətli bir dövlət olduğunu təsdiqləmiş oldu. Eyni siyasəti Prezident İlham Əliyev də uğurla həyata keçirir. Cəmil müəllim öz intervyusunda xüsusi bir hiddətlə soruşur ki, niyə özgələri deyil, məhz xaricdə yaşayan soydaşımız R.Vəziri Azərbaycana sərmayə qoyur? Bu cür düşüncə sahibi olan birisi özünü Azərbaycanın xilaskarı kimi təqdim edir.
Elə ona görə də, Milli Şura bu günə qalıb və demək olar ki, orada heç kim qalmayıb. C.Həsənov mikrofonu görən kimi elə məsələləri şərh edir ki, guya bu sahədə ən peşəkardır. O, R.Vəziri ilə bərabər Azərbaycana sərmayə yatızdıranların içində C.Mərəndi, S.Sübhani və Maltadakı Pilatus Bankın əvvəlki rəhbərinin adını çəkir. Birincisi, bunların içərisində yeganə Rza bəy ölkəmizə sərmayə qoyub. Ikincisi, Pilatus Bank haqqında bir neçə il öncədə hay-küy salmışdılar, amma heç bir məlumat öz təsdiqini tapmadı. Cəmil müəllim heç olmasa bircə dəfə internetə baxaydı. Axı Pilatus Bankın nə icraçı direktoru H.Qənbəri, nə də sədri A.H.Necadi ölkəmizə heç zaman sərməyə qoymayıb. Üçüncüsü, belə fırıldaqçı adamlarla eyni cərgədə R.Vəzirinin adını çəkmək tərbiyəsizlikdir. Məqsəd Azərbaycana sərmayə qoyanları bu yoldan çəkindirməkdir. Rza bəy Azərbaycanın paytaxtı və baş tacı olan Təbrizimizin nümayəndəsidir. Onu burada yalnız fars molla rejimi görmək istəməz. Deməli hücum məqsədlidir. C.Quliyev həm də özünü peşəkar maliyyəçi kimi təqdim etməyə çalışır və Nobel mükafatına təqdim oluna biləcək bir “iqtisadi kəşf” edir.
Məlum olur ki, C.Həsənlinin iqtisadi təfəkkürü o qədər qıcqırıb ki, o, “hansısa xarici şirkət dövlət büdcəsindən kredit götrə bilməz” kimi sərsəm bir fikir söyləyir. Birincisi, kredit dövlət büdcəsindən deyil, kommersiya bankından götürülür. İkincisi, xaricilərin yerli banklardan kredir götürməsi milli bankçılığın inkişafına güclü təsir edir. Qeyd etmək lazımdır ki, xarici şirkət tərəfindən götürürülmüş kreditlərin qaytarılmaması ilə bağlı hər hansı məlumat yoxdur.
Cəmil müəllim, yaxşı olar ki, öz sahənizdən kənara çıxmayın. Çünki bütün kənarlaşmalarda hər şeyi üz-gözünüzə bulaşdırırsınız. İndiki bu həssas məqamda dövlətin milli maraqlarını, özünüzün və özünüz kimilərin maraqlarından üstün tutmaqdan əl çəkin.
Siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kababla soyuq içkilər qəbul edənlərin diqqətinə!
03:30 15.09.2026
Sağlamlıq
Hikmət Hacıyev Fərhad Pirinççi və nümayəndə heyəti ilə görüşüb
02:50 15.09.2026
Siyasət
NYT: Pentaqonda xaos hökm sürür
02:12 15.09.2026
Aktual
Fransada benzinin qiyməti tarixi rekord vurdu
01:48 15.09.2026
İqtisadiyyat
Azərbaycanda Bilik Günüdür
01:26 15.09.2026
Elm və Təhsil
Bakının azad olunmasından 108 il ötür
00:43 15.09.2026
Tarix
Mauro İkardinin yeni ünvanı bəlli olur
23:59 14.09.2026
Futbol
Ayxan Abbasov millinin heyətini nə vaxt açıqlayacaq?
23:22 14.09.2026
Futbol
Vens: ABŞ husilərlə əlaqə saxlayır
22:41 14.09.2026
Gündəm
Putin bunu düşünməklə yanlış edir - Rutte
22:02 14.09.2026
Siyasət
Naxçıvanda yeni tədris ilində 49 min şagird təhsil alacaq
21:48 14.09.2026
Elm və Təhsil
Netanyahu 23-25 sentyabr tarixlərində Nyu-Yorka səfər edəcək
21:20 14.09.2026
Dünya
Ukrayna Moskvanın razılaşmanı pozmayacağına dair zəmanət istəyir
20:45 14.09.2026
Dünya
“Azərişıq” ASC-nin xidmətləri “mygov”a inteqrasiya edilir
20:27 14.09.2026
Cəmiyyət
“Neftçi” Azərbaycan millisinin sabiq üzvü ilə yolları ayırdı
20:10 14.09.2026
Futbol
Ramiz Mehdiyevin məhkəməsi başlayır
19:55 14.09.2026
Hadisə