Deputat: "Artan nüfuzumuz diaspora xüsusi diqqət göstərilməsini tələb edir"
Ayyət Əhməd
09:02 03.12.2019
Aktual
525
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb. Qanuna edilən əlavə ilə "Diaspor fəaliyyətində xidmətə görə" medalı təsis edilib.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, hazırda diaspor sahəsində yeni siyasət həyata keçirilir:
"Bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi zərurəti yaranıb. Ölkəmizdə diaspor fəaliyyətinə çox böyük əhəmiyyət verilir. Ulu öndər Heydər Əliyev 1993-cü ildən başlayaraq, bütün xarici səfərlərində diaspor nümayəndələrimizlə görüşürdü. Bu, bizim xarici siyasətimizin ayrılmaz tərkib hissəsi idi. Sonrakı mərhələdə Prezident İlham Əliyev də daimi olaraq xaricdə yaşayan soydaşlarımıza xüsusi diqqət göstərib. Hazırda, bizim diaspor sahəsində keyfiyyətcə yeni siyasət həyata keçirilir. Azərbaycanın dünyada artan nüfuzu bu sahəyə xüsusi diqqət göstərilməsini tələb edir.
Bu illər ərzində diaspor fəaliyyətində aktiv olan soydaşlarımız bir sıra orden və medallarla təltif olunublar. Bu baxımdan xüsusi bir medalın – “Diaspor fəaliyyətində xidmətə görə” medalının təsis olunması çox əhəmiyyətli addımdır. Həm birinci, həm də ikinci oxunuşda həmkarlarımız da bu məsələni dəstəkləyib. Düşünürəm ki, üçüncü oxunuşla bağlı başqa bir problem yoxdur. Bu qanunun qəbul edilməsi orden və medallarımızın siyahısına şərəfli töhfəsini vermiş olacaq”.
Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılaraq qəbul edilib.
Qeyd edək ki, bu medal diaspor fəaliyyətində fərqlənən şəxslərə veriləcək.
Oxşar xəbərlər
Trampın tarif təzyiqi nəticə verir: Hindistandan ABŞ-a 18 milyard dollarlıq sərmayə
13:55 30.09.2026
Ermənistan və Gürcüstandan Azərbaycan Alban irsinə qarşı iddialar bir mərkəzdən idarə olunur -ŞƏRH
13:15 30.09.2026
Xəbər lenti
Hamısına bax
Hörmüz boğazında neft tankeri vuruldu
14:10 30.09.2026
Hadisə
Azərbaycan iqtisadiyyatında böyük sıçrayış... - ŞƏRH
14:06 30.09.2026
Gündəm
İran yeni silahlarla gücünü artırır - Hərbi ekspert
13:25 30.09.2026
Gündəm
Bərdədə 26 yaşlı oğlan qətlə yetirilib, saxlanılan var - YENİLƏNİB
13:08 30.09.2026
Hadisə
Çexiya Rusiya ilə müharibəyə hazırdır
12:35 30.09.2026
Dünya
Bəzi işçilər gəlir vergisindən azad ediləcək
12:34 30.09.2026
Aktual
Ceyhun Məmmədov: Azərbaycanda ailə institutu sıradan çıxa bilər
12:30 30.09.2026
Gündəm
Azərbaycan və İordaniya viza rejimi aradan qaldırılır
12:27 30.09.2026
Gündəm
“Yuventus” artıq İrəvandadır: İtaliya nəhəngi futbol filialı açdı
12:15 30.09.2026
Futbol
Bu ölkədə Azərbaycan dili tədris olunacaq
11:33 30.09.2026
Elm və Təhsil
Parlament Anım günü ilə bağlı bəyanat qəbul etdi
11:24 30.09.2026
Gündəm
Avropa İttifaqı Gürcüstanın ATƏT sədri olmasına qarşıdır
11:17 30.09.2026
Gündəm
ABŞ və Rusiya Şimali Koreyanın nüvə statusunda eyni mövqedədir
11:02 30.09.2026
Dünya
Məhkəmə-Hüquq Şurasının iclası keçirilib
10:54 30.09.2026
Gündəm
Moldovada PUA partlayıb
10:51 30.09.2026
Dünya