Deputat: Azərbaycanda dini məbədlərin qorunması, bərpası həmişə diqqət mərkəzində olub
07:40 19.06.2022
Aktual
356
Azərbaycanda dövlət-din münasibətlərinin inkişafı, dini tolerantlıq, multikulturalizm, o cümlədən dini dəyərlərimizə olan münasibətlər həmişə vacib məsələlərdən olub. Bütün bu amillər Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın da daim diqqət mərkəzindədir.
Ölkəmizdə dövlət-din münasibətləri istiqamətində həyata keçirilən uğurlu siyasətinin davamı olaraq Azərbaycan bir neçə dəfə beynəlxalq dini konfransların keçirilməsinə rəhbərlik edib. Xüsusilə dinlərarası və mədəniyyətlərarası dialoq, multikulturalizmin inkişafı qeyd edilən konfransların əsas müzakirə mövzuları olub.
Bu sözləri Azərtac-a açıqlamasında Milli Məclisin deputatı Cavanşir Paşazadə söyləyib.
Onun sözlərinə görə, dinlərarası dünyəvi sivilizasiya və dinin inkişafı hər bir ölkənin öz müstəvisinə uyğun olmalıdır. Azərbaycanda dini məbədlərin qorunması, bərpası, dini etiqad azadlığının milli dəyərlərimizin əsasında inkişaf etməsi həmişə diqqət mərkəzində yer alıb. Bu baxımdan, Prezident İlham Əliyevin Məkkədə Həcc ziyarətində olması müsəlmançılıq ideyalarına Azərbaycan xalqı ilə birlikdə sadiqliyinin əsasını təşkil edib. Bundan əlavə, məhz dövlətimizin başçısının bilavasitə tapşırığı ilə "Təzəpir", "Bibiheybət", "Cümə" və "Şamaxı" məscidlərinin tam əsaslı bərpasının həyata keçirilməsi birbaşa Azərbaycan xalqının milli dəyərlərinin ən yüksək səviyyədə qiymətləndirilməsinin göstəricisidir. Dini adət-ənənələrimizə hörmət əlaməti olaraq dini məbədlərimizin qorunması, onların yenidən qurulması Azərbaycan dövlətinin və xalqının həmişə diqqət mərkəzindədir.
“Otuz il həsrətində olduğumuz Qarabağ Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad olunduqdan sonra nəzərdə tutulan əsas infrastruktur layihələrindən biri məhz Azərbaycan xalqının məscidlərinin, qədim abidələrinin bərpası olub. İşğaldan azad olunmuş Ağdam və Şuşa şəhərlərinə Prezident İlham Əliyev ailəsi ilə birlikdə səfəri zamanı hər iki şəhərdə bərpa edilən məscidlərə baş çəkib, görülən işlərlə yerindəcə tanış olub”, - deyə Cavanşir Paşazadə diqqətə çatdırıb.
Deputat qeyd edib ki, çoxmillətli və çoxkonfessiyalı Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu din-dövlət münasibətləri bu gün də yüksək səviyyədədir və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir, multikultural həyat tərzinin daha da möhkəmlənməsi üçün böyük işlər görülüb və görülür. Təsadüfi deyil ki, ölkəmizin tolerantlıq modeli dünyanın bir çox universitetlərində, o cümlədən Prezident İlham Əliyevin Sərəncamı ilə yaradılan, böyük potensiala malik Azərbaycan İlahiyyat İnstitutunda öyrənilir. İnstitutun yaradılmasında məqsəd xalqımızın tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan yüksək dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksək ixtisaslı kadrların hazırlanmasını təmin etməkdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual
Göygöldə 62 yaşlı kişinin meyiti tapıldı
20:48 28.10.2026
Hadisə
Sabah Bakının bu yolları bağlanacaq
20:34 28.10.2026
İnfrastruktur
Korrupsiya dövlətin təhlükəsizliyini təhdid edir - TƏHLİL
20:33 28.10.2026
Aktual
Şəmkirdə 67 yaşlı kişi qətlə yetirildi
20:26 28.10.2026
Hadisə
İspaniyada ümummilli matəm elan olundu
20:03 28.10.2026
Dünya
Leyla Əliyeva UNESCO-nun Baş direktorunun müavini ilə görüşüb
19:55 28.10.2026
Siyasət
Britaniya Ukraynaya əlavə 10 milyard funt sterlinq yardım edəcək
19:47 28.10.2026
Dünya
Hava Döyüş komandanlığında NATO heyəti ilə görüş keçirilib
19:28 28.10.2026
Hərbi
Rusiya son nöqtəni qoydu: AB danışıqlarda olmayacaq
19:12 28.10.2026
Dünya