
Deputat beynəlxalq qurumlar və Fransaya “od püskürdü”:“4 minə yaxın vətəndaşımızın taleyi...”
Yusif Nəzərli
12:18 28.10.2022
Aktual
610
Azərbaycan Ermənistana 10 hərbçinin meyitini təhvil verib. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan məlumat verib.
O, əlavə edib ki, hazırda meyitlərin kimliyinə dair məlumat yoxlanılır.
Azərbaycanın öz humanist mövqeyini həmişə bəyan etdiyini deyən millət vəkili Elman Məmmədov "Sherg.az"a bildirib ki, rəsmi Bakı sözünün arxasında durduğunu hərəkətləri ilə də təsdiq edir:

"Ancaq 4 min nəfərə yaxın itkin düşmüş Azərbaycan vətəndaşının taleyi barəsində 1-ci Qarabağ savaşından, bu günə qədər nə beynəlxalq qurumlar, nə də Ermənistan tutarlı cavab verib. Deyəsən, heç vermək fikrində də deyillər. Maraqlısı odur ki, 5-10 nəfər erməni dığasına görə, bütün dünya birliyi bir-birinə qarışır və ağız-ağıza verib xor kapellası yaradırlar ki, Azərbaycan əsirlikdə olan erməniləri qaytarmalıdır. Burdan beynəlxalq qurumlara və Fransa kimi ermənipərəst dövlətlərə üzümü tutub deyirəm ki, yaxşı 5-10 nəfər erməni üçün narahatlıq keçirirsiz, bəs 4 minə yaxın Azərbaycan vətəndaşının taleyi sizi niyə maraqlandırmır? Onların haqsızlığı və tərəfkeşliyi isə burada özünü qabarıq şəkildə büruzə verir”.
Parlamentari bildirib ki, mina xəritələrinin düzgün verilməməsinə görə də, Ermənistana bir söz deyən yoxdur:
"Paşinyan MDB ölkələrinin tədbirində mina xəritələri məsələsinə toxundu. Lakin orda da saxtakarlıq edərək dedi:
“Bizdə olan bütün dəqiq xəritələri Azərbaycana vermişik". Lakin bunların hamısı yalandır. Bizə saxta xəritələr verilib. Ona görə də müharibə bitəndən bu yana Azərbaycanın onlarla mülki şəxsi minaya düşərək, qurban olublar. Digər tərəfdən bu mina sahələrinin təmizlənməsi üçün heç bir beynəlxalq qurum nə maddi, nə də texniki cəhətdən Azərbaycana kömək etmir. Ancaq onlar Ermənistan ərazisində bu işləri apardığını bildirirlər. Bütü bunlar isə dünyanın ikili standartlarla idarə olunmasının bariz sübutudur".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Britninin filmi çəkilir – onlardan biri oynayacaq
07:00 02.09.2026
Şou
Ödü qatı olanların qanı da qatı olur - Onkoloq
06:26 02.09.2026
Sağlamlıq
Çində süni intellekt səfərbərliyə cəlb ediləcək
04:24 02.09.2026
Maraqlı
“Tottenhem” Mudriki “Çelsi”dən icarəyə götürüb
03:49 02.09.2026
Futbol
Təcavüzdə ittiham olunan şahzadənin anası kraliça oldu
03:13 02.09.2026
Şou
Böyük sinəli qadınlarda bu təhlükəli vəziyyət ola bilər
02:32 02.09.2026
Sağlamlıq
SEPAH: ABŞ-nin MQ9 PUA-sı zərərsizləşdirilib
01:58 02.09.2026
Region
SEPAH: İordaniyadakı ABŞ bazası ballistik raketlərlə vurulub
01:21 02.09.2026
Son dəqiqə
Putindən Ermənistana: İstəsəniz, sabah oradan çıxa bilərik!
00:59 02.09.2026
Region
İran Hörmüz boğazının bağlandığını elan edib
23:40 01.09.2026
Region
Qızıl yenidən ucuzlaşdı
23:23 01.09.2026
İqtisadiyyat
Putin Paşinyanla razılaşmadı, sözünü kəsdi
21:54 01.09.2026
Gündəm
İranın bir sıra şəhərlərində partlayış səsləri eşidilib
20:44 01.09.2026
Gündəm