
Deputat: Xalqımız Qərbi Azərbaycanı heç vaxt unutmur və öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayır
13:32 27.01.2025
Aktual
438
“Qərbi azərbaycanlıların öz doğma yurd- yuvalarına qayıdışı tarixi zərurətdir. Bu, təkcə Azərbaycanın deyil, bütün regionun gələcək inkişafı üçün strateji əhəmiyyət daşıyır”.
Bu sözləri "Sherg.az"a açıqlamasında Milli Məclisin Qərbi Azərbaycana Qayıdış üzrə Təşəbbüs Qrupunun üzvü, deputat Səbinə Salmanova deyib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyəti beynəlxalq hüquqa və insan haqlarına zidd siyasətindən əl çəkməli, Qərbi azərbaycanlıların öz ata-baba yurdlarına qayıdıb sülh və təhlükəsiz şəraitdə yaşamasını təmin etməlidir:

“Bu, tarixi ədalətin bərpası ilə yanaşı, həm də Cənubi Qafqazda uzunmüddətli sülh və sabitliyin təmin edilməsinə xidmət edir. Ermənistanın isə bu prosesə maneə törətməsi, regionda dayanıqlı sülhün qurulmasına ciddi əngəl yaradır. Azərbaycan dövləti tərəfindən bu prosesin reallaşdırılması istiqamətində qətiyyətli addımlar atmaqdadır”.
Deputat xatırladıb ki, tarixi və əzəli torpağımız olan Qərbi Azərbaycanda yaşamış soydaşlarımız zaman-zaman etnik təmizləməyə məruz qalıblar, öz doğma torpaqlarından didərgin düşməyə məcbur ediliblər:
“Son etnik təmizləmə 1988-1991-ci illərdə baş verib. Ermənilər düşünülmüş şəkildə 300 mindən çox azərbaycanlını öz doğma yurdlarından deportasiya etməklə Ermənistanı monoetnik ölkəyə çeviriblər. Onlar azərbaycanlıların yaşadıqları yaşayış məntəqələrini qarət edib, dağıdıb və xarabalığa döndəriblər. Xalqımız öz doğma diyarı olan Qərbi Azərbaycanı heç vaxt unutmur və geriyə, öz doğma yurdlarına qayıtmaq arzusu ilə yaşayır”.
S.Salmanova vurğulayıb ki, beynəlxalq ictimaiyyət də Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdışı ilə bağlı Ermənistana lazımi təzyiqlər göstərməlidir:
“Bu, Ermənistan tərəfindən beynəlxalq hüququn prinsiplərinə zidd hərəkətlərin sona çatdırılması və deportasiya edilmiş soydaşlarımızın hüquqlarının bərpası baxımından böyük önəm daşıyır. İndiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların öz doğma torpaqlarına qayıtması onların tarixi-mənəvi, insani və hüquqi haqqıdır. Məlumat üçün bildirim ki, Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 13-cü maddəsinin ikinci bəndinə görə, onların geri qayıdış hüququ var. Bundan başqa, BMT-nin məlum dörd qətnaməsindən ikisində Qərbi azərbaycanlıların qayıdışı ilə bağlı əsaslar da var. Belə ki, 1993-cü ildə qəbul edilmiş 853 və 874 saylı qətnamələrdə bölgədəki qaçqınların geri qayıtmasına şərait yaratmaq tələb olunur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qalibaf: Tramp İranı təslim olmağa məcbur etmək istəyir
20:00 29.04.2026
Region
Bayramov Uruqvayın XİN rəhbərinin müavini ilə görüşdü
19:45 29.04.2026
Siyasət
Bu halda İrana qarşı hərbi variant nəzərdən keçiriləcək...
18:46 29.04.2026
Dünya
Delimitasiya görüşləri sülh prosesinin real mərhələsidir - ŞƏRH
18:38 29.04.2026
Gündəm
Naxçıvanda duz istehsalı bərpa olunub
18:30 29.04.2026
Ölkə
Azərbaycan və Kolumbiya arasında siyasi məsləhətləşmələr keçirilib
17:52 29.04.2026
Gündəm
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi
17:41 29.04.2026
Sağlamlıq
Ərdoğan: PKK ilə mübarizə Türkiyəyə 2 trilyon dollara başa gəlib
17:39 29.04.2026
Gündəm
Danışıqlar görüntüdür, proses müharibəyə gedir - Siyasi ekspert
17:36 29.04.2026
Gündəm
Ermənistan seçkiləri regionun gələcəyini müəyyən edəcək - ANALİTİK
17:19 29.04.2026
Gündəm
Yaqub Mahmudovun yeni kitabı çapdan çıxdı
17:19 29.04.2026
Elm və Təhsil
Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
16:57 29.04.2026
Sosial
İlham Əliyev Fərman imzaladı
16:56 29.04.2026
Gündəm
"Neftçi" "Qarabağ"a görə cərimələndi
16:43 29.04.2026
Futbol