DGK sədri: "Xəyali ixracatla məşğul olan ölkələr var"
10:08 06.12.2019
Aktual
589
Bəzən bizi dırnaq arasında qınayan dövlətlər artıq bizimlə güzgü statistikası aparmaq istəmirlər. Oxu.Az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Səfər Mehdiyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün Dövlət Gömrük Komitəsi istənilən dövlətlə statistik məlumat mübadiləsi aparmağa tam hazırdır:
“Başlanan və uğurla aparılan islahatlar qısa müddət üçün hesablanmayıb. Əgər ticarət etdiyimiz dövlətlərə bu tip sorğular gedirsə, bu o deməkdir ki, şəffaflaşma ilə bağlı ortada qalan problemlər aşkarlanıb aradan qaldırılacaq.
Sevindirici haldır ki, bəzən bizi dırnaq arasında qınayan dövlətlər ölkə başçısının son iki il ərzində bu istiqamətdə korrupsiya-rüşvətxorluqla bağlı apardığı islahatlardan sonra bizimlə şəffaf statistika mübadiləsi aparmaq istəmir. Çünki onların özündə şəffaflıq məsələsi müəmmalıdır. Bu da bizə məlumdur. Təbii ki, bunun da öz səbəbləri var.
İnanın ki, xəyali ixracatla məşğul olan ölkələr var. Özlərinin kölgə iqtisadiyyatlarının olması ilə bağlı problemlərin ortaya çıxmasından ehtiyat edən kifayət qədər ölkələr var. Əsas odur ki, biz bunu dünyaya bəyan edə bildik.
Qısa müddətdə Azərbaycanın ticarət əməliyyatları apardığı ölkələrə bunu rəsmi bəyan etməsi, ölkəmizdə aparılan islahatların şou xarakterli olmadığını sübuta yetirib. Onu da qeyd edim ki, cənab Prezidentin bu sahədə öz prinsipiallığı və bütün sahələrdə qalıcı və axıcı islahatları öz növbəsində bu sahəyə ciddi mesajdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya