Dilqəm ailəsinə video göndərməkdən imtina etdi
07:35 27.11.2019
Aktual
534
Atam Dilqəm Əsgərov bizə nə şəkil göndərilməsinə icazə verir, nə də video-görüntü. Bizə artıq məktub da yazmır. Bu sözləri Axar.az-a erməni girovluğunda olan kəlbəcərli əsir Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov bildirib. K.Əsgərov deyib ki, artıq uzun müddətdir atasından nə məktub, nə şəkil, nə də video görüntü əldə edə bilirlər:
“Qırmız Xaç Komitəsi atamla bağlı bizə ancaq şifahi məlumat verir. Biz komitənin fəaliyyətindən çox razıyıq, ən azından bizi nigaran saxlamayıb məlumat verirlər. Komitə atam Dilqəm Əsgərova baş çəkib saxlanma və sağlıq durumu ilə yaxından tanış olub. Komitənin məlumatına görə, atamın saxlanma şəraiti və sağlıq durumu normaldır, səhhətində elə də ciddi problem yoxdur. Ancaq Skaypla görüntülü danışıq Qırmızı Xaç Komitəsinin səlahiyyətində olan bir iş deyil. Ancaq Azərbaycan və Ermənistan dövlətlərinin arasında razılıq əldə olunarsa, Skaypla görüntülü danışığa Qırmızı Xaç Komitəsi şərait yaradar”.
K.Əsgərov bildirib ki, D.Əsgərovun ailəsinə foto-video göndərmək istəməməsinin səbəbini bilmirlər:
“Ümid edirəm ki, atam razılıq versə, komitə əməkdaşları atamdan nəinki foto, hətta video-görüntü də gətirər. Çox təəssüf ki, atam özü şəkil və video-görüntü göndərmək istəmir. Düzü, bunun səbəbini bilmirik. Məktub yazmamasının səbəbini bilirəm ki, bu sırf 2-3 cümlənin yazılmasına icazə verilməsi ilə bağlıdır. “Salam. Mən yaxşıyam. Siz necəsiz? Vəziyyətim yaxşıdır. Səhhətim yaxşıdır” tipli cümlələrdən başqa nə isə yazmağa icazə yoxdur. Məhz bu səbəbdən atam daha bizə məktub yazmır”.
Kəlbəcərli girovun oğlu atasının və digər girov Şahbaz Quliyevin bu ilin sonuna qədər azad edilməsinə inamlarının qalmadığını da bildirib:
“Sözün açığı, bu ilin sonuna olan ümidlərimiz puç oldu. Ancaq biz ümidimizi itirməmişik. Ümid edirəm ki, gec-tez haqq-ədalət öz yerini tapacaq və atamla Şahbaz Quliyev girovluqdan azad ediləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Suriyada silah anbarında partlayış olub, ən azı 14 nəfər ölüb
18:25 09.09.2026
Gündəm
FHN-də “Ən yaxşı manqa” adı uğrunda müsabiqə keçirildi
17:27 09.09.2026
Cəmiyyət
Qazaxıstanda 21 ton narkotik ələ keçirildi
16:19 09.09.2026
Hadisə
Rusiya Almaniyaya xəbərdarlıq etdi
16:03 09.09.2026
Dünya
Gürcüstandan qalxan təyyarə Türkiyədə dənizə təcili eniş edib
16:01 09.09.2026
Dünya
Rusiyada Budanovun qiyabi həbsi qanuni hesab edilib
15:50 09.09.2026
Dünya
Səyahətdən evə daşınan görünməz bağırsaq parazitlərinə diqqət!
15:35 09.09.2026
Dünya
ABŞ ordusu SEPAH-ın iddiasını təkzib etdi
15:16 09.09.2026
Dünya
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol