DİN MSK qarşısında icazəsiz aksiya keçirilməsi cəhdinə münasibət bildirib
05:03 12.02.2020
Aktual
346
Daxili İşlər Nazirliyi (DİN) Mərkəzi Seçki Komissiyasının (MSK) qarşısında bir qrup şəxsin icazəsiz aksiya keçirməyə cəhd etməsinə münasibət bildirib. DİN-in Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bildirib ki, hadisə zamanı yalnız bir nəfər saxlanılıb:
“Bu gün axşam saat 18:00 radələrindən başlayaraq bir qrup şəxs Mərkəzi Seçki Komissiyasının qarşısında icra orqanları ilə razılaşdırılmamış aksiya keçirməyə cəhd göstərib. Saat 20:00 radələrinə qədər MSK-nın nümayəndələri həmin şəxslərlə söhbət aparıblar. Lakin icazəsiz aksiyanın nümayəndələri MSK-nın izahedici söhbətlərini dinləməyiblər, öz qanunsuz hərəkətlərini davam etdiriblər. Belə olduğu təqdirdə MSK nümayəndələri ərazi üzrə polis orqanına müraciət ediblər.
Polis əməkdaşları hadisə yerinə gəlib, qanunsuz aksiyanın dayandırmalarını tələb ediblər. Polis əməkdaşları onlara dəfələrlə xəbərdarlıq ediblər, lakin həmin şəxslər öz ictimai asayişin pozulmasına yönəli hərəkətlər etməyə cəhd ediblər.
Daha sonra polis əməkdaşkarı tərəfindən qanunsuz aksiyanın qarşısı alınıb. Polisin qanunsuz tələbinə əməl etməyən bir nəfər saxlanılıb. Araşdırmalardan sonra da həmin şəxsin barəsində müvafiq tədbirlər görüləcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İrəvanda Makrondan Köçəryan və Sərkisyana ittihamlar
13:22 04.05.2026
Gündəm
Cüdoçularımız Avropa Kubokunu 7 medalla baş vurub
13:05 04.05.2026
İdman
Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib
12:48 04.05.2026
Siyasət
NİİM sürücülərə müraciət etdi
12:44 04.05.2026
İnfrastruktur
Azərbaycan Prezidenti: Doqquz aydır sülh şəraitində yaşayırıq
12:37 04.05.2026
Rəsmi
Zelenski İrəvanda Azərbaycandan danışdı
12:31 04.05.2026
Cənubi Qafqaz
Kaya Kallas Azərbaycana gəlir
11:55 04.05.2026
Siyasət
Rusiya və seçkilərlə əlaqədar Ermənistana xüsusi qrup göndərilir
11:35 04.05.2026
Gündəm
Ötən ay 34 aptekdə nöqsanlar aşkarlanıb
11:30 04.05.2026
Sağlamlıq
DİN aşkar olunan silah-sursatların sayını açıqladı
10:57 04.05.2026
Hadisə
SEPAH ABŞ-ni hədələdi: Hörmüzə yaxınlaşsanız, vuracağıq
10:41 04.05.2026
Gündəm
KTM: Ötən ay 79 nəfər zəhərlənib, 5-i ölüb
10:31 04.05.2026
Hadisə
DYP skuter istifadəçilərinə müraciət edib
10:08 04.05.2026
Cəmiyyət