DTX rəisindən Ermənistanın revanşist qüvvələrinə XƏBƏRDARLIQ
Yusif Nəzərli
12:12 08.07.2022
Aktual
511
İyulun 8-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) məzunların növbəti buraxılışına həsr olunan təntənəli tədbir keçirilib.
Tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, Xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti, məzunlar və onların valideynləri iştirak ediblər.
Öncə mənalı ömrünün 25 ilini xüsusi xidmət orqanlarında fəaliyyətə həsr edib, Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, ulu öndər Heydər Əliyevin əziz xatirəsi dərin ehtiramla yad olunub, Akademiyanın “Şöhrət” muzeyinin qarşısında ucaldılmış abidəsi önünə gül dəstələri qoyulub.
Sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin müqəddəs xatirəsi bir dəqiqəlik sükutla anılıb, Dövlət Himni səsləndirilib. Ardınca məzunlara diplomların təqdim olunması mərasimi olub.
Daha sonra geniş nitqlə çıxış edən DTX-nin rəisi general-polkovnik Əli Nağıyev Akademiyanın professor-müəllim heyətini, məzunları və onların valideynlərini bu əlamətdar gün münasibətilə təbrik edib, gənc zabitlərin ümummilli lider Heydər Əliyevin adını daşıyan Akademiyanın məzunu adını gələcək xidməti fəaliyyətlərində şərəf və ləyaqətlə daşıyacaqlarına, dahi şəxsiyyətin vətənpərvərlik və peşəkarlıq irsini layiqincə davam etdirəcəklərinə ümidvar olduğunu bildirib. Xidmət rəisi, Heydər Əliyevin 1998-ci ildə imzaladığı müvafiq Sərəncamla təsis olunan Akademiyanın əsası qoyulduğu gündən hazırkı dövrədək böyük inkişaf yolu keçdiyini, təhsil ocağının maddi-texniki bazasının ötən müddət ərzində əhəmiyyətli dərəcədə təkmilləşdirildiyini, burada təhlükəsizlik orqanları üçün yüksəkixtisaslı kadrların hazırlanması kimi mühüm vəzifənin səmərəli həyata keçirilməsinə hərtərəfli şəraitin yaradıldığını qeyd edib.
General-polkovnik Əli Nağıyev xüsusilə vurğulayıb ki, Akademiyada təhsil alan kursantlar mövcud imkanlardan maksimum səviyyədə istifadə edərək öz üzərilərində durmadan çalışmalı, qazandıqları bilik və vərdişləri mütəmadi artırmalı, seçdikləri peşənin sirlərinə dərindən yiyələnməli, gələcək fəaliyyətlərində xalqa və dövlətə sədaqətlə xidmət etməlidirlər.
Çıxışında dünyada mürəkkəb geosiyasi proseslərin getdiyi, ölkələrin milli təhlükəsizliyinə təhdidlərin artdığı bir vaxtda dövlətimizdə sabitliyin və əmin-amanlığın etibarlı şəkildə təmin olunduğunu vurğulayan DTX rəisi bu istiqamətdə daim ayıq-sayıqlığın qorunub saxlanıldığını, regionda cərəyan edən hadisələrin dövlətimizin təhlükəsizliyinə təsiri baxımından diqqətlə izlənildiyini bildirib.
Qeyd edilib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müzəffər sərkərdəliyi ilə Vətən müharibəsində əldə edilən zəfərdən sonra Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində Azərbaycan tərəfindən atılan qətiyyətli addımların, dövlətimizin başçısının sülh çağırışlarının müqabilində Ermənistan tərəfinin sərgilədiyi destruktiv mövqe, danışıqların ruhuna xələl gətirən əsassız iddia və bəyanatları təəssüf doğurur, bölgənin gələcək təhlükəsizliyinə təsir edə biləcək amil kimi dəyərləndirilir. Ölkə Prezidentinin qeyd etdiyi kimi, Ermənistanın revanş cəhdlərinin qarşısı qətiyyətlə alınacaq.
Bütün bunlar nəzərə alınaraq xüsusilə vurğulanıb ki, Akademiyada təhsilini başa vurduqdan sonra DTX-də fəaliyyətə başlayan gənc əməkdaşlar dövlətçiliyimizin və müstəqilliyimizin keşiyində hər zaman sərvaxt durmalı, vəzifə borclarını vicdanla və layiqli şəkildə yerinə yetirməli, Ali Baş Komandan İlham Əliyevin təhlükəsizlik orqanlarının qarşısında qoyduğu tapşırıqların icrası yönümündə əzmlə çalışmalıdırlar.
Sonra tədbirdə çıxış edənlər Akademiyada keyfiyyətli təhsil almaq üçün yaradılmış hərtərəfli şəraitə görə DTX-nin və Akademiyanın rəhbərliyinə minnətdarlığını bildirib, gənc zabitlərin Vətənə sədaqətlə xidmət edəcəyinə inamını ifadə ediblər.
Təntənəli mərasim ümummilli lider Heydər Əliyevin Akademiyanın “Şöhrət” muzeyi önündə ucaldılmış abidəsi qarşısında xatirə şəklinin çəkdirilməsi ilə başa çatıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Sevgi yoxsa hörmət — Hansı daha vacibdir?
05:48 28.04.2026
Sosial
“Mən pedofil deyiləm” – Donald Tramp
03:39 28.04.2026
Maraqlı
Hər gün duş almaq saçları uzadar?
03:00 28.04.2026
Sağlamlıq
Cici Hadidə sevgilisindən maraqlı hədiyyə
02:22 28.04.2026
Şou
Marvelin ssenaristi vəfat etdi
01:46 28.04.2026
Mədəniyyət
İsrail səfiri Ukrayna Xarici İşlər Nazirliyinə çağırıldı
01:17 28.04.2026
Dünya
"Fənərbaxça"nın baş məşqçisi Tedesko istefaya göndərilib
00:06 28.04.2026
Futbol
Rubio İranla razılaşmaya mane olan qüvvələrin adlarını sadalayıb
23:44 27.04.2026
Gündəm
Azərbaycan müdafiə naziri İtaliyaya rəsmi səfər edib
23:22 27.04.2026
Hərbi
KİV: NATO illik sammitlərdən imtina edə bilər
22:59 27.04.2026
Dünya
Tramp İranla bağlı məsləhətləşmələr aparacaq
21:42 27.04.2026
Dünya
Əraqçi ilə Putinin görüşü saat yarımdan çox davam edib
20:20 27.04.2026
Region
Premyer Liqa: "Turan Tovuz" "Zirə" ilə heç-heçə edib
20:04 27.04.2026
Futbol
Çexiyanın Baş naziri: Bugünkü forum əməkdaşlığımızı gücləndirəcək
19:55 27.04.2026
Siyasət