
Dünya gücləri sülh müqaviləsini ləngidir -Analitik
Yusif Nəzərli
07:22 13.03.2024
Aktual
615
Bu isə onu göstərir ki, Ermənistan və Azərbaycan arasında münasibətlər gərgin olaraq qalacaq
“Rusiya, Fransa və ABŞ Cənubi Qafqaz regionunda söz sahibi olmaq üçün yenidən gərginlik ocağı yaratmaq istəyir, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına imkan vermirlər”
Ukraynadakı müharibə Rusiyanın Cənubi Qafqazda regional təhlükəsizlik arbitri rolunu zəiflədib, buna görə Moskva Azərbaycanın Qarabağda keçirdiyi əməliyyatın (bir günlük antiterror tədbirləri nəzərdə tutulur – red.) qarşısını almaq üçün resurs və siyasi kapitalını istifadə etmək istəməyib.
Bu fikirlər ABŞ kəşfiyyatının builki hesabatında əks olunub.
Hesabatda Azərbaycanın ötən il həyata keçirdiyi birgünlük antitterror tədbiri, Ermənistan və Azərbaycan arasında sülh perspektivləri və toqquşma ehtimalı ilə bağlı qiymətləndirmələr də yer alıb. ABŞ kəşfiyyatının hesabatında qeyd olunur ki, Ermənistan və Azərbaycan arasında münasibətlər çox güman ki, gərgin olaraq qalacaq: “Azərbaycanın Qarabağı geri alması qeyri-sabitliyi azaldıb və hərbi qarşıdurma müddəti və intensivliyi məhdudlaşacaq. Buna baxmayaraq, sülh müqaviləsinin bağlanmaması, hərbi qüvvələrin bir-birinə yaxınlığı, atəşkəs rejiminə əməl etmə mexanizminin olmaması, Azərbaycanın Ermənistanla danışıqlarda öz məqsədlərinə nail olmaq üçün hərbi təzyiqdən istifadə etməyə hazır olması vəziyyəti davam edəcək”.
Bildirilir ki, antiterror əməliyyatları nəticəsində Qarabağdakı qondarma qurumun sıradan çıxarılması Bakıya regionun Azərbaycanla inteqrasiyası planlarını irəli sürməyə imkan verib.
Siyasi şərhçi Asəf Quliyev isə “Sherg.az”a açıqlamasında deyib ki, Azərbaycan Qarabağı geri almaqla Qafqazdakı ən ciddi münaqişə ocaqlarından birini tamamilə aradan götürmüş oldu:

“Bu həm Azərbaycan-Ermənistan arasındakı münasibətlərin gələcək taleyinə təsir edəcək, həm də separatçı qüvvələrin məhv edilməsi bütün dünyaya nümunə olacaq bir amildir. Rəsmi Bakının elan etdiyi reinteqrasiya məsələsi alınmadı, bu mümkün olsaydı, antiterror əməliyyatlarının nəticəsini daha da müsbət dəyərləndirmək olardı. Lakin reinteqrasiyanı istəməyən ermənilər oldu. Ermənilər müxtəlif dövlətlərin təsirinə məruz qaldığı üçün sülh müqaviləsini ləngidir. Bu isə onu göstərir ki, Ermənistan və Azərbaycan arasında münasibətlər gərgin olaraq qalacaq. Dünya praktikasında işlənmiş bir mexanizmdir ki, güc mərkəzi olan dövlətlər hansısa bir regiona nəzarət etmək, orada öz mövcudluğunu qorumaq istəyirsə, həmin regionda daimi gərginlik yaşanmasında maraqlı olur. Rusiya, Fransa və ABŞ Cənubi Qafqaz regionunda söz sahibi olmaq üçün bölgəmizdə yenidən gərginlik ocağı yaratmaq istəyir, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına imkan vermirlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Reuters": Kanadanın Baş naziri bu ay Türkiyəyə səfər edəcək
21:31 02.10.2026
Aktual
Putin "Mərkəz-2026" təliminin məqsədini açıqladı
20:59 02.10.2026
Region
“Flydubai” Təl-Əviv uçuşlarını ikinci bildirişədək dayandırıb
20:33 02.10.2026
Dünya
ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...
20:18 02.10.2026
Gündəm
İrandan Pakistan və Türkiyəyə husilərlə bağlı təklif
19:42 02.10.2026
Aktual
İrəvanda atışma olub, xəsarət alan var
19:34 02.10.2026
Cənubi Qafqaz
Tramp Avropa ilə dizel razılaşmasının əldə olunduğunu açıqladı
19:07 02.10.2026
Gündəm
DOST Agentliyinin Müşahidə Şurası növbəti iclasını keçirib
18:58 02.10.2026
Sosial
"Fənərbaxça" Bakıya gəlib
18:38 02.10.2026
Futbol
Siyasətdə emosiyalara yer yoxdur - Prezident
17:26 02.10.2026
Gündəm
YAP-ın Nizamnaməsində dəyişikliklər edildi
17:18 02.10.2026
Siyasət
Azərbaycan əsgəri Ermənistanda həbs edildi
17:05 02.10.2026
Hərbi